Əmlak Məsələləri Dövlət
Komitəsinin
sədri Xırdalanda vətəndaşları
qəbul edib
Əmlak
Məsələləri Dövlət Komitəsinin sədri Kərəm
Həsənov noyabrın 21-də Abşeron rayonunda
Daşınmaz Əmlakın Reyestri Xidmətinin 4 saylı ərazi
idarəsində vətəndaşları qəbul edib.
AzərTAc
xəbər verir ki, qəbulda Abşeron, Qubadlı
rayonlarından və Sumqayıt şəhərindən olan vətəndaşlar
iştirak ediblər. Komitə sədri onların müraciət
və təkliflərini diqqətlə dinləyib. Vətəndaşlar
əsasən daşınmaz əmlak üzərində
hüquqların dövlət qeydiyyatına alınması,
dövlət əmlakının özəlləşdirilməsi
və icarəsi, torpaq sahələrinin özəlləşdirilməsi,
işə qəbul və digər məsələlərlə
bağlı müraciət ediblər.
Kərəm
Həsənov müraciətlərdə qaldırılan məsələlərin
operativ həlli üçün komitənin aidiyyəti
müvafiq strukturlarının rəhbərlərinə
tapşırıqlar verib. Bir sıra müraciətlər
yerindəcə həll edilib. Komitənin səlahiyyətlərinə
aid olmayan məsələlərlə bağlı müraciətlər
isə baxılması və müvafiq tədbirlərin
görülməsi məqsədi ilə aidiyyəti qurumlara
çatdırılmaq üçün qeydiyyata alınıb.
Komitə
sədri tərəfindən həmin gün birbaşa
müraciət edən vətəndaşlar da qəbul olunub, hər
bir müraciətə diqqətlə yanaşılıb.
Qəbulda
ümumilikdə 30-a yaxın vətəndaş iştirak edib.
Azərbaycan.-2014.- 22 noyabr.- S.6.