Bakıda Koreya Kino Festivalı başlandı
Noyabrın 27-də Nizami Kino Mərkəzində
Koreya Fondu, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya
Mədəniyyət Mübadiləsi
Assosiasiyası və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin
birgə təşkilatçılığı
ilə Koreya Kinosu Festivalının açılış mərasimi
keçirilib.
AzərTAc xəbər verir
ki, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının,
mədəniyyət və
incəsənət xadimlərinin
iştirak etdikləri
mərasimi açan
SEBA Assosiasiyasının sədri
Ruhəngiz Heydərova
festivalın əhəmiyyətindən
danışıb. Bildirib ki,
Azərbaycan-Koreya əlaqələrinin
əsası ulu öndər Heydər Əliyev tərəfindən
qoyulub. Koreya Respublikası prezidentinin
ölkəmizə və
Prezident İlham Əliyevin Koreyaya rəsmi səfərindən
sonra bu əlaqələr daha da genişlənib.
Qeyd olunub ki, 2004-cü ildən fəaliyyət göstərən
SEBA Assosiasiyası indiyədək
mədəniyyət, elm, səhiyyə
sahələrində bir
sıra layihələr
reallaşdırıb. 2005-ci ildə isə Azərbaycan Mədəniyyətinin
Dostları Fondu ilə birgə ilk dəfə ölkəmizdə
Koreya Kinosu Günlərini keçirib.
SEBA Assosiasiyasının fəaliyyətinə Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyini vurğulayan
R.Heydərova bildirib ki, assosiasiyanın işlərinin keyfiyyətli
və nəticəli olması da məhz bu səbəbdəndir.
Diqqətə çatdırıb ki, ildən-ilə genişlənən
Azərbaycan ilə Koreya arasında əlaqələr artıq
ikinci dəfə keçirilən Koreya filmlərinin nümayişinə
də öz təsirini göstərib. 2005-ci ildən
fərqli olaraq, bu il nümayiş etdirilən Koreya filmlərinin sayı 10-a çatdırılıb.
Festival SEBA Assosiasiyası və Koreya Fondu arasında oktyabr ayında imzalanmış əməkdaşlıq
memorandumundan sonra reallaşan ilk birgə tədbirdir. Həmçinin festivalın Koreyanın Baş naziri Çanq Honqvonun Azərbaycana rəsmi səfəri gününə
təsadüf etməsi
də çox sevindirici haldır. Ruhəngiz Heydərova festivalın işinə uğurlar arzulayıb.
Mərasimdə çıxış edən Koreya Respublikasının xarici işlər nazirinin birinci müavini Ço Taeyonq deyib: “Koreya ilə Azərbaycan arasında münasibətlər
olduqca sürətlə
inkişaf edir. Lakin bu inkişafa baxmayaraq yerdə qalan və hələ
də gerçəkləşməyən
böyük potensial vardır. Yaxın gələcəkdə bu potensialı ərsəyə gətirərək
həm Koreya, həm də Azərbaycan xalqı üçün bir sıra faydalı işləri reallaşdıracağıq”.
Festivalın böyük əhəmiyyət
daşıdığını bildirən qonaq SEBA Assosiasiyasının Koreya
mədəniyyətinin Azərbaycanda
tanınmasında fəaliyyətini
yüksək qiymətləndirib. Qeyd edib
ki, mədəniyyət
illər keçdikcə
bu iki xalqı
bir-birinə daha da yaxınlaşdıracaq.
Mərasimdə çıxış edən
Azərbaycanın mədəniyyət
və turizm nazirinin müavini Ədalət Vəliyev Koreya Kinosu Festivalının
ölkəmizdə daha
bir mədəniyyət
bayramı olduğunu deyib. Bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla
davam etdirən Prezident İlham Əliyev xalqımızın
mədəniyyətinin dünyada
tanıdılması istiqamətində
böyük işlər
görür. Həmçinin Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondu tərəfindən müvafiq
istiqamətdə irimiqyaslı
layihələr reallaşdırılır.
Bu baxımdan Koreya Kinosu Festivalının
təşkili də iki ölkə arasında münasibətlərin
genişlənməsində növbəti bir addımdır. Bu festival Azərbaycan
tamaşaçısına Koreya mədəniyyəti
və insanları ilə daha yaxından
tanış olmaq və onları
daha yaxşı anlamaq üçün geniş imkanlar yaradacaq.
Koreyanın ölkəmizdəki səfiri
Çoi Suk-İn Koreya Kinosu Festivalına
Baş nazir Çanq Honqvonun təbrik ismarıcını
çatdırıb.
Sonra 2005-ci ildə
keçirilmiş Koreya
Kinosu Günləri barədə qısa film göstərilib.
Tamaşaçılara təqdim olunan festivalın ilk filmi isə – rejissor Lee-Yonq-Junun “Memarlıq
101” adlı ekran əsəri olub.
Koreya
Kinosu Festivalı noyabrın 30-dək davam edəcək.
Azərbaycan.-2014.- 28 noyabr.- S.7.