Gənclər arasında siyasi bilik olimpiadası keçirilib

 

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi partiyanın yaradılmasının 22-ci ildönümü münasibətilə silsilə tədbirlərini davam etdirir. Belə tədbirlərdən biri də “Xalqa sədaqətin 22 ili” adlı siyasi bilik  olimpiadasıdır.

YAP Gənclər Birliyindən AzərTAc-a verilən məlumata görə,  olimpiadanın açılışında çıxış edən birliyin sədri Seymur Orucov ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən bəhs edib. O, olimpiadanın gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, onların siyasi bilik və bacarıqlara yiyələnməsi baxımından önəmini qeyd edib. Dörd turdan ibarət  olimpiadada YAP-ın Bakıda yerləşən 13 rayon təşkilatının gənclər birliklərinin komandaları iştirak ediblər.

Olimpiadada Sumqayıt komandası 1-ci, Suraxanı komandası 2-ci, Sabunçu komandası 3-cü yerə layiq görülüb.

Sonda iştirakçılara diplom, qalib komandalara isə diplom, kubok və hədiyyələr təqdim edilib.

 

Azərbaycan. - 2014.- 23 noyabr.- S.7.