Prezident İlham
Əliyev Qvatemalanın Azərbaycanda
yeni təyin olunmuş səfirinin
etimadnaməsini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-
da Qvatemala Respublikasının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Herbert Estuardo Meneses Koronadonun etimadnaməsini qəbul edib.
Səfir
Herbert Estuardo Meneses Koronado fəxri qarovul dəstəsinin
qarşısından keçdi.
Herbert Estuardo Meneses
Koronado etimadnaməsini
Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan
Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin başçısı Azərbaycan
ilə Qvatemala arasında ikitərəfli
münasibətlərin inkişaf
etdirilməsi üçün
yaxşı potensialın
olduğunu vurğuladı. Ölkələrimizin beynəlxalq təşkilatlar
çərçivəsində uğurla əməkdaşlıq
etdiyini deyən Prezident İlham Əliyev ikitərəfli əlaqələrin müxtəlif
istiqamətlərdə, o cümlədən
iqtisadi sahədə genişləndirilməsi üçün
də imkanların araşdırılmasının vacibliyini qeyd etdi. Dövlətimizin başçısı səfirin bu əlaqələrin inkişaf
etdirilməsi işinə
öz töhfəsini
verəcəyinə əminliyini
bildirdi.
Fövqəladə və səlahiyyətli səfir Herbert Estuardo Meneses Koronado Qvatemala Respublikasının
Prezidenti Otto Fernando Perez Molinanın
salamlarını dövlətimizin
başçısına çatdırdı. O, ölkəsinin
Prezidentinin Azərbaycan
ilə ikitərəfli
münasibətlərin inkişaf
etdirilməsinə böyük önəm
verdiyini dedi. Səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz
arasında əlaqələrin
inkişaf etdirilməsi
işində səylərini
əsirgəməyəcəyini bildirdi.
Dövlətimizin başçısı Prezident Otto Fernando Perez Molinaya salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Qvatemala Respublikasının
dövlət başçısına
çatdırmağı xahiş
etdi.
Azərbaycan.-2014.-
27 noyabr.-
S.1.