Li Yong: Bakı Beynəlxalq sənaye konfransı müasir yanaşmaların

 müzakirəsi baxımından çox mühüm platformadır

 

 

Bakı Beynəlxalq sənaye konfransı müasir yanaşmaların müzakirəsi baxımından çox mühüm platformadır. Bu fikir BMT-nin Sənaye İnkişafı Təşkilatının baş katibi Li Yongun noyabrın 26-da Bakıda işə başlayan konfransın iştirakçılarına ünvanlanmış video müraciətində səslənib.

"XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr" mövzusunda keçirilən beynəlxalq konfransın təşkilatçıları İqtisadiyyat və Sənaye Nazirliyi, BMT-nin Sənaye İnkişafı Təşkilatı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətidir.

Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev 21 ölkənin dövlət qurumlarını, araşdırma mərkəzlərini, sənaye sahəsində fəaliyyət göstərən şirkətləri, 22 beynəlxalq təşkilat və maliyyə institutunu təmsil edən 300-dən çox iştirakçının qatıldığı beynəlxalq konfransda müasir sənaye siyasətində yeni yanaşmaların müzakirə olunacağını bildirdi. Nazir sənayenin Azərbaycan iqtisadiyyatının əsas prioritetlərindən biri olduğunu vurğulayaraq, Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin ölkəmizdə "Sənaye ili" elan olunduğunu xatırlatdı, konfransın işinə uğurlar arzuladı.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına təbrik məktubu oxundu (Təbrik məktubu qəzetin bugünkü nömrəsində dərc olunur).

BMT-nin Sənaye İnkişafı Təşkilatının Biznes İnvestisiyalarTexnoloji Xidmətlər üzrə direktoru Məhəmməd-Lamin Daoi bu ali qurumun Sənaye İnkişafı Təşkilatının baş katibi Li Yongun tədbir iştirakçılarına ünvanlanmış video müraciətini təqdim etdi.

Bakı Beynəlxalq sənaye konfransını yüksək dəyərləndirən Li Yong video-müraciətində deyib: "Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ilin "Sənaye ili" elan etməsini yüksək qiymətləndiririk. Biz Azərbaycanda sənayenin inkişafına yönələn siyasəti təqdir edirbilirik ki, sənaye yeni texnoloji tərəqqiyə şərait yaradır, həyat şəraitinin yüksəlməsinə, yoxsulluğun azaldılmasına təkan verir. İnanıram ki, bu gün imzalanacaq "Azərbaycan Respublikası hökuməti ilə BMT-nin Sənaye İnkişafı Təşkilatı arasında əməkdaşlığa dair Çərçivə Proqramı" Azərbaycan iqtisadiyyatına, dayanıqlı inkişafa, "Azərbaycan-2020" İnkişaf Konsepsiyasına öz töhfəsini verəcək".

Daha sonra çıxış edən BMT-nin rezident əlaqələndiricisi Antonius Broek diqqətə çatdırdı ki, Azərbaycan son illərdə çox uğurlu tərəqqi əldə edib. İqtisadi artım, institusional təsisat və ekologiya sahələrində də inkişaf göz önündədir. Azərbaycan orta gəlirli ölkədən bilik iqtisadiyyatına keçid kimi prioritet istiqamət seçib. Dünyada elə bir ölkə yoxdur ki, sosial iqtisadi inkişafa kiçikorta sahibkarlığı, sənayeni inkişaf etdirmədən keçə bilsin. Bu baxımdan Azərbaycanın kiçikorta sahibkarlığı inkişaf etdirmək, müasir texnologiyaları tətbiq etmək siyasəti alqışlanmalıdır.

A.Broek konfransın sənayenin davamlı inkişafına, bu sahədə təcrübə mübadiləsinə dəstək verəcəyinə əminliyini bildirdi.

Almaniyanın ölkəmizdəki səfiri xanım Haydrun Tempel çıxışında vurğuladı ki, Azərbaycan iqtisadi şaxələndirməni, qeyri-neft sektorunun inkişafını özünün prioriteti elan edib. Bu isə kiçikorta sahibkarlığın inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir. "Biz Azərbaycan ilə əməkdaşlığa xüsusi önəm veririk", - deyən səfir qeyd etdi ki, sənayenin inkişafından danışarkən bilikli kadr ehtiyatını yaddan çıxarmaq olmaz. Burada mükəmməl təhsil və peşə sahələrinə xüsusi fikir verilməlidir. Ümumiyyətlə, mütərəqqi, qabaqcıl təcrübələrin paylaşılması bu baxımdan çox önəmlidir.

"Əminəm ki, bu konfrans təcrübə mübadiləsinə, eləcə də Azərbaycanın bu təcrübələrdən faydalanmasına öz töhfəsini verəcək", - deyə H.Tempel bildirdi.

Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev  BMT-nin Sənaye İnkişafı Təşkilatının Biznes İnvestisiyalarTexnoloji Xidmətlər üzrə direktoru Məhəmməd-Lamin Daoi "Azərbaycan Respublikası hökuməti və BMT-nin Sənayenin İnkişafı Təşkilatı arasında əməkdaşlıq haqqında Çərçivə Proqramı"nı imzaladılar.

Fasilədən sonra Bakı Beynəlxalq sənaye konfransı "Müasir sənaye siyasəti və sənayenin dayanıqlı inkişafı" mövzusunda panel sessiyası ilə işini davam etdirdi. Sessiyada iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan sənayesi, əldə olunmuş uğurlar, ölkəmizin sənaye potensialı və inkişaf perspektivləri barədə məlumat verdi. Qeyd olundu ki, sənaye Azərbaycanda iqtisadiyyatın prioritet istiqamətlərindəndir. Azərbaycan sənayesi zəngin ənənələrə malikdir. Dünyada ilk dəfə Bakıda 1848-ci ildə sənaye üsulu ilə neft hasil edilib. Bu, həm də Azərbaycanda sənayeləşmənin başlanğıcı hesab olunur.

Azərbaycanda sənayenin tarixi barədə ətraflı məlumat verən nazir 2003-2014-cü illərdə əldə olunan uğurlardan bəhs etdi. Qeyd olundu ki, 2003-2014-cü illərdə sənayenin regional strukturunun təkmilləşdirilməsi əsas istiqamətlərdən biri olub. Bu illərdə Azərbaycan təbii qazelektrik enerjisi idxalçısından ixracatçıya çevrilib, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş statusu qazanıb. Ölkədə elektrik stansiyalarının enerji gücləri 50 faizdən çox artırılıb.

Azərbaycanın reallaşdırdığı beynəlxalq layihələr barədə məlumat verən Ş.Mustafayev ölkəmizdə ənənəvi istehsal sahələrinin fəaliyyətinin genişləndiyini, yeni istehsal sahələrinin yaradıldığını, əsas qida məhsulları və inşaat materialları ilə özünütəminat səviyyəsinin yüksəldiyini vurğuladı. Statistik göstəriciləri açıqlayan iqtisadiyyat və sənaye naziri bildirdi ki, sənayenin ümumi daxili məhsul istehsalında xüsusi çəkisi 2003-cü ildəki 38 faizdən 2013-cü ildə 48 faizə yüksəlib. Ümumilikdə, son 10 ildə sənaye istehsalı 2,7 dəfə, o cümlədən tikinti materialları istehsalı 2,5 dəfə, elektrik avadanlıqları istehsalı 2,1 dəfə, metallurgiya sənayesi 2,2 dəfə, geyim istehsalı 2,5 dəfə artıb.

Nazir Şahin Mustafayev qeyd etdi ki, Azərbaycanda yaradılmış əlverişli biznesinvestisiya mühiti, zəngin təbii ehtiyatlar, enerji və nəqliyyat infrastrukturu, yüksək ixtisaslı kadrlar, maliyyə, beynəlxalq bazarlara çıxış imkanları, institusional potensials. ölkə sənayesinin sürətli inkişafına əlverişli şərait yaradır.

İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadə, Monteneqro Respublikasının iqtisadiyyat naziri Vladimir Kavariç, Rusiya Federasiyasının sənaye və ticarət nazirinin müavini Georgi Kalamanov, Səudiyyə Ərəbistanının İnvestisiya Baş İdarəsinin direktor müavini Qada Alsubai, BMT-nin Sənaye İnkişafı Təşkilatının Biznes İnvestisiyalarTexnoloji Xidmətlər üzrə direktoru Məhəmməd-Lamin Daoi, İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Şamil Ələsgərov, MDB-nin icraçı katibinin müavini Sergey İvanov çıxışlarında təmsil etdikləri ölkələrin və qurumların sənaye siyasəti, əldə olunan uğurlar, inkişaf istiqamətləri və əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə danışdılar.

Sonra Fransanın "Alston" şirkəti ilə "Sumqayıt Kimya Sənaye Parkı" MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı.

"Sənaye parkları və klasterləri: dayanıqlı sənaye siyasətində beynəlxalq təcrübələr" mövzusunda keçirilən ikinci panel sessiyasında Türkiyə, Almaniya və digər ölkələrdən olan şirkətlərin nümayəndələri sənaye parkları və klasterlərə dair beynəlxalq təcrübədən bəhs etdilər. İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev və "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktor müavini Zaur Məmmədov isə Azərbaycanda bu sahədə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verdilər.

Bakı Beynəlxalq sənaye konfransı işini sabah davam etdirəcək.

          

AzərTAc

Azərbaycan.-2014.- 27 noyabr.- S.2.