Toxumsuz toxumçuluq təsərrüfatı

 

Ölkədə toxumçuluğun vəziyyəti günün tələblərinə cavab vermir

 

Söhbət Samux rayonundakı R.Əliyev adına Tərəvəz, BostanKartof  Toxumçuluğu  Dövlət Kənd Təsərrüfatı İstehsal Müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyətindən gedir. Bir zaman burada güclü ictimai təsərrüfat fəaliyyət  göstərirdi. Sonralar dönərgəsi döndü. Torpaqlar talan edildi. Yüzlərlə hektar sahə pay  torpağı kimi paylanıldı. 150 hektarı qalırdı, onun da 100 hektarı 3 nəfər tərəfindən zəbt  olundu. Hər birinin əlində daşdan keçən sənədi var. Guya əvvəlki müdirin razılığı ilə torpaqlar icarəyə verilib. Elə isə icarə haqqı niyə ödənilmir?

Məsələyə inzibati orqanlar, nüfuzlu şəxslər, hətta Kənd Təsərrüfatı Nazirliyi   qarışıb. Lakin nəticə yoxdur ki, yoxdur. Beləliklə, illərdən bəri dövlət torpağına sahib çıxanların əlini  saxlayan, bu müşkül məsələni nizama salan tapılmır. Dövlət təsərrüfatı isə yerində sayır. İstehsal yox, gəlir yox, fayda yox. Başqa sözlə desək, adı var, özü yox.

Bu dövlət təsərrüfatı cari ili əliboş yola salır. Samux Rayon Dövlət Toxum  Müfəttişliyinin rəisi Rahil Həsənov deyir ki, sözügedən MMC- neçə ildir bir kiloqram tərəvəz digər toxumlar istehsal olunmayıb. Bu faktı rayon statistika idarəsində təsdiq etdilər.

Samux rayonu tərəvəzin məskənidir. Mütəxəssislərin hesablamalarına əsasən, ölkədə istehsal olunan tərəvəz toxumunun əksəriyyəti Samuxun payına düşür. Amma bu özəl bölmənin hesabına fərdi adamların əli ilə görülür. Dövlət toxumçuluq təsərrüfatının fəaliyyəti isə tamamilə  pozulub. Rayon üzrə vahid qaydada çeşidləmə, qablaşdırma məsələlərinə əsla fikir  verilmir. Özəl təsərrüfatlarda satılan ispanaq, tərə, turp,  keşniş,  şüyüd, acıtərə toxumları laboratoriyada yoxlanılmır, sertifikat  alınmır. Onlar gözəyarı seçilir, primitiv qaydada torbalara doldurulub satılır.

Bazarlarda yerli toxumlara çox az rast gəlinir. Tərəvəz toxumları əsasən xaricdən gətirilir. Fransadan şüyüd, Hollandiyadan xiyar, İsraildən tərəvəz, İrandan yonca müxtəlif göy-göyərti toxumları alınıb satılır. Mütəxəssislər deyirlər ki, kənardan gələn toxumların əksəriyyətinin geni dəyişdirilib, keyfiyyəti aşağıdır. Lakin onların səliqə-sahmanı, zahiri  görkəmi alıcının diqqətini cəlb edir həmin toxumlar həvəslə alınır. Bunların geni  sağlamdırmı, yerli şəraitə uyğun  gəlirmi? Baxan   yoxdur!

"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə  etibarlı təminatına dair Dövlət Proqramı"nın icra olunduğu bir vaxtda R.Əliyev adına Tərəvəz, Bostan, Kartof Toxumçuluğu Dövlət Kənd Təsərrüfatı İstehsal Müəssisəsi Məhdud  Məsuliyyətli Cəmiyyətinin miskin vəziyyəti ciddi təşviş  doğurur.

Bu müəssisənin işi bəlli. Bəs ümumən  ölkədə  vacib strateji sahə sayılan  toxumçuluğun  vəziyyəti  necədir?

Son  illər aqrar sahənin inkişafı ilə əlaqədar ölkədə bu sahəyə xüsusi diqqət yetirilir. "Toxumçuluq haqqında", "Seleksiya  nailiyyətləri haqqında", "Genetik ehtiyatların mühafizəsi  haqqında" qanunlar qəbul olunub. Həmin qanunlarda digər sənədlərdə bu mühüm sahədə işlərin nizamlanmasının konkret yolları göstərilir.

Bəllidir ki, toxumçuluğun məqsədi   vəzifəsi yüksək məhsuldarlığa sabit irsi əhəmiyyətə malik, xəstəliyə, ziyanvericilərə  müxtəlif iqlim şəraitinə dözümlü bitki sortları yetişdirməkdən onların  çoxaldılmasını təmin etməkdən ibarətdir. Toxumlar əsasən təcrübə stansiyalarında, fiziki hüquqi şəxslər tərəfindən istehsal olunur. İcra üzərində nəzarəti isə Dövlət Toxum Müfəttişliyi həyata keçirir. Son illər 300-dən çox toxumtəmizləyən aqreqat alınmış, müxtəlif növ toxumlar üçün geniş  sahədə saxlanc yerləri tikilmişdir. Nazirlər Kabinetinin 25 iyun 2007-ci il tarixli qərarına  uyğun olaraq birinci ikinci repreduksiyalı toxum ting satan subyektlərə dövlət büdcəsindən subsidiyalar verilir.

Cari ilin 9 ayı ərzində 71 toxumçuluq təsərrüfatı qeydiyyatdan keçmiş   şəhadətnamə almışdır. Bununla da mövcud toxumçuluq təsərrüfatlarının sayı 353-ə çatmışdır. Bu əsasən dövlət müəssisələrinin - MMC-lərin üzərinə düşür. Onların hər birində öz profilinə uyğun müəyyən məhsul üzrə toxum istehsalı nəzərdə tutulur. Lakin nəzarət tələbkarlıq  olmadığı üçün həmin MMC-lər öhdələrində olan torpaqlarda öncə iqtisadi cəhətdən daha sərfəli bitkilərə üstünlük verir bununla da öz vəzifə borclarını bir növ unudurlar. Məsələn, Tovuz rayonunda kartofçuluq üzrə zəngin ənənəsi olan Alakol Dövlət Kartof Toxumçuluğu Müəssisəsi son illər bircə  kiloqram kartof toxumu istehsal etməmişdir.

Ölkəmizdə regionların sosial-iqtisadi inkişafı, ərzaq təhlükəsizliyinin təminatı xalqın güzəranının yaxşılaşdırılmasına getdikcə daha çox diqqət yetirilir. Dövlət başçısı İlham Əliyev cari ildə aqrar sahənin inkişafı ilə əlaqədar 3 mühüm sənəd imzalayıb. Xüsusən idarəetmənin təkmilləşdirilməsi üçün görülən görüləcək tədbirlər daha çox diqqəti cəlb edir. Bununla yanaşı qeyd olunmalıdır ki, toxumçuluq  məsələsi əlaqəli əhatəli həll olunmadığı üçün fermerlər gündəlik fəaliyyətlərində bir sıra  problemlərlə üzləşirlər. Məhsulun bioloji xüsusiyyətləri, əkin-biçin mərhələləri, xəstəliklərə qarşı mübarizə tədbirləri, yerli mühitə uyğun sort seçimi, aqrotexniki tədbirlər onların icra müddətləri üçün səriştəli mütəxəssis sözü tələb olunur. Sonra da məhsulun yığımı, bazar problemi, nəqliyyat məsələsi, toxumun seçilməsi, mühafizəsi...

Öz işlərini sistemli surətdə quran bir sıra təsərrüfatlarda bu məsələlər uğurla həll olunur. Samux rayonundakı "Amin" toxumçuluq təsərrüfatında hər il azı 100 hektardan çox sahəyə taxıl əkilir. Fermer Yunis Ələkbərov deyir ki, əsasən elit toxum səpirlər. Sahələrə nümunəvi xidmət etmək hesabına 150-200 ton rayonlaşdırılmış toxum götürülərək satışa hazırlanan bir neçə toxum kisəsinə baxdıq. Kisənin üstündə oxuyuruq: bu etiket "Toxumçuluq haqqında" qanuna uyğun olaraq Dövlət Toxum Müfəttişliyi tərəfindən hazırlanmışdır. Sonra konkret məlumatlar yazılıb. Məhsulun növü, sortun adı, çəkisi, istehsalçının kodu, istehsal ili, sonda da ünvan, imza - "Amin" firması. Samux rayonu, Qarayeri qəsəbəsi.

Dövlət Aqrar Universitetinin dosenti, əməkdar kənd təsərrüfatı işçisi, biologiya üzrə fəlsəfə doktoru Firudin Qurbanov deyir ki, keyfiyyətli toxum həmişə öz alıcısını tapır. Bu gün əkinlə məşğul olan insanların ən böyük səhvi hər hansı babat məhsulu gözəyarı surətdə toxum hesab etmələridir: "Fermerlərin çoxu biçin zamanı sahənin bir az təmiz, yaxşı görünən hissəsinin məhsulunu anbarda toxum kimi saxlayırlar. Ancaq bilməlidirlər ki, o məhsul toxum üçün dərəcədə yararlıdır. Ona görə fermerlərə izah etmək lazımdır ki, hansı hallarda  məhsula toxum deyirik, yaxud ondan əmtəəlik məhsul kimi istifadə edirik".

Mütəxəssisin fikrinə görə, hər bir fermer toxum alarkən onun sertifikatının olub-olmamasına xüsusi diqqət yetirməlidir. Çünki sertifikatı olan toxumlarda məhsuldarlıq faizi sortu bilinir. Bu da gələcək məhsulun keyfiyyətinə birbaşa təsir edir.

Firudin Qurbanov onu da bildirir ki, yerlərdəki toxumçuluq idarələrində, eləcə də  laboratoriyalarda çalışan işçilərin əksəriyyəti bu sahənin mütəxəssisi deyil. Onların çoxu, elə fermerlərin özləri də toxumçuluğa olan tələblərdən xəbərsizdirlər: "İndi aqrar sahədə toxumçuluq problemi ön plana keçir. Axı, məhsulun taleyi bilavasitə  toxumun keyfiyyətindən asılıdır. Bunu isə müvafiq ixtisası olan təcrübəli, səriştəli adamlar təyin edə bilərlər. Ona görə də Dövlət Aqrar Universitetində toxumçuluq  şöbəsinin olması və beynəlxalq təcrübənin öyrənilməsi çox vacibdir".

Bu yaxınlarda Elmi-Tədqiqat Əkinçilik İnstitutunda ölkədə toxumçuluğun mövcud vəziyyəti və bu sahədə fəaliyyətin  beynəlxalq standartlara uyğunlaşmasına həsr edilmiş təlim seminarı keçirilmişdir. Qeyd olundu ki, Türkiyənin toxumun qeydiyyatı və sertifikatlaşdırılma sisteminə uyğun modelin Azərbaycanda tətbiqi, ümumiyyətlə, iki  ölkə arasında toxumçuluq fəaliyyətinin və toxum bazarının inkişafına dair  əməkdaşlıq edilməsi vacibdir.

Azərbaycanda toxumçuluğun müasir tələblərə cavab verməsi üçün uğurlu addımlar atılır. İlk dəfə olaraq Yevlax şəhərində "Azərtoxum" MMC-nin bazasında müasir texnologiya əsasında toxum emal edən, dərmanlayan və qablaşdıran zavod istifadəyə verilmişdir. Başqa misallar da var. Amma sayları və fəaliyyətləri gündən-günə artan tələbatı ödəmir. Odur ki, toxumçuluq kimi çox gərəkli bir işin dağınıq, primitiv, adda-budda yerlərdə təşkilindənsə, vahid sistem halında, elmi əsaslar üzrə qurulan müəssisələrin sayı artırılmalıdır.

 

Əhməd İSAYEV,

Azərbaycan.-2014.- 27 noyabr.- S.5.