Sənan Əvəz oğlu Aslanovun müvəqqəti olaraq 102 saylı Samux-Şəmkir seçki dairəsi dairə seçki komissiyasının üzvü təyin edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

 

Qərar ¹ 11/68

 

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 22.1-ci maddəsinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası 25 noyabr 2014-cü il tarixli 11/67 saylı qərarı ilə 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində qeydə alınmış namizədlə yaxın qohumluq əlaqəsi olduğundan, 102 saylı Samux-Şəmkir seçki dairəsi dairə seçki komissiyasının üzvü Rəşad Ağa oğlu Qasımovun səlahiyyətlərinə 2014-cü il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin yekunları elan olunanadək müvəqqəti xitam vermişdir.

Qeyd edilənlərlə əlaqədar olaraq, 2014-cü il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin yekunları elan olunanadək 102 saylı Samux-Şəmkir seçki dairəsi dairə seçki komissiyasına müvəqqəti üzv seçilməlidir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

Sənan Əvəz oğlu Aslanov 2014-cü il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin yekunları elan olunanadək 102 saylı Samux-Şəmkir seçki dairəsi dairə seçki komissiyasının üzvü təyin edilsin.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib              Mikayıl Rəhimov

 

Azərbaycan.-2014.- 26 noyabr.- S.6.