Prezident İlham
Əliyev İspaniyanın Azərbaycanda yeni
təyin olunmuş
səfirinin etimadnaməsini
qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də
İspaniya Krallığının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri
Rafael Mendivil Peydronun etimadnaməsini qəbul edib.
Səfir
Rafael Mendivil Peydro fəxri qarovul dəstəsinin
qarşısından keçdi.
Rafael Mendivil Peydro
etimadnaməsini Prezident
İlham Əliyevə
təqdim etdi.
Sonra Azərbaycan
Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Səfir
Rafael Mendivil Peydro İspaniya Kralı VI Felipenin salamlarını
və ən xoş arzularını dövlətimizin başçısına
çatdırdı.
Prezident İlham Əliyev Azərbaycan ilə İspaniya arasında siyasi, iqtisadi və digər sahələrdə fəal
əməkdaşlığın mövcud olduğunu vurğuladı. Dövlətimizin başçısı beynəlxalq tədbirlərdə
İspaniyanın Baş
naziri ilə görüşünü və
əməkdaşlığımızın
gələcək inkişafı
ilə bağlı aparılan səmərəli
müzakirələri məmnunluqla
xatırladı. İspaniya
şirkətlərinin ölkəmizdəki
uğurlu fəaliyyətinə
toxunan Azərbaycan Prezidenti ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün
böyük potensialın
olduğunu dedi.
Prezident İlham Əliyev Kral VI Felipenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İspaniya Kralına çatdırmağı xahiş
etdi.
Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa
dair məsələlər
ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2014.-
28 noyabr.- S.1.