Koreya Respublikasının Baş naziri ümummilli lider Heydər Əliyevin məzarını və
Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan
Respublikasında rəsmi səfərdə olan Koreya
Respublikasının Baş naziri Çanq Honqvonun rəhbərlik
etdiyi nümayəndə heyəti noyabrın 27-də Fəxri
xiyabanda müasir müstəqil dövlətimizin memarı və
qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla
yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı
üzərinə də güllər düzülüb.
Sonra
Şəhidlər xiyabanına gələn nümayəndə
heyəti Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda canlarından keçmiş
qəhrəman Vətən övladlarının xatirəsini
anıb, məzarları üzərinə gül dəstələri,
“Əbədi məşəl” abidəsinin önünə əklil
qoyub.
Qonaqlar
Bakının ən hündür nöqtəsindən
paytaxtın mənzərəsini seyr ediblər.
Azərbaycan. - 2014.- 28 noyabr.- S.1.