Dövlət Sərhəd
Xidmətinin rəisi Horadizdə vətəndaşları qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırıq və tövsiyələrinə əsasən
mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
tərəfindən bölgələrdə vətəndaşların
qəbulu davam etdirilir.
AzərTAc
xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin
(DSX) rəisi - Sərhəd Qoşunlarının komandanı,
general-polkovnik Elçin Quliyev noyabrın 27-də Horadiz sərhəd
dəstəsində Füzuli və Beyləqan rayonlarından
olan vətəndaşları qəbul edib.
Vətəndaşlar
əsasən DSX-də xidmətə qəbul, sərhədyanı
yaşayış məntəqələrində mövcud olan
sosial-məişət problemlərinin həlli, mənzil şəraitinin
yaxşılaşdırılması və digər məsələlərlə
bağlı müraciətlər ediblər.
Vətəndaşların müraciətləri, şikayət və təklifləri diqqətlə dinlənilib, qaldırılan məsələlər DSX-nin aidiyyəti struktur qurumlarının rəhbərlərinin iştirakı ilə araşdırılıb və konkret tapşırıqlar verilib. Əksər məsələlər yerindəcə həllini tapıb. Dövlət Sərhəd Xidmətinin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbula gələn vətəndaşlar
mərkəzi icra hakimiyyəti
orqanları rəhbərləri tərəfindən mütəmadi
olaraq bölgələrdə vətəndaşların
qəbulunun təşkilindən razılıqlarını və
yaradılan şəraitə görə Azərbaycan Respublikasının
Prezidenti İlham
Əliyevə minnətdarlıqlarını bildiriblər.
Azərbaycan. - 2014.- 28 noyabr.- S.5.