Azərbaycan Respublikası “Kitab” Cəmiyyəti 40 illik yubileyini qeyd edib

 

Azərbaycanda daim kitaba böyük hörmət bəslənilir. Xalqımız kitaba təkcə bilik mənbəyi kimi deyil, həm də ən müqəddəs bir varlıq kimi yanaşır. Kitablar ən əziz “qonaqlarkimi hər zaman hörmətlidir. Sevindirici haldır ki, bu gün kitaba hörmət və məhəbbət azalmayıb, əksinə, daha da artıb.

Əgər belə olmasaydı, noyabrın 28-də Miniatür Kitab Muzeyində Azərbaycan Respublikası “Kitab” Cəmiyyətinin 40 illik yubileyinə həsr edilmiş tədbirə bu qədər insan yığışmazdı.

Tədbiri RespublikaKitab” Cəmiyyəti idarə heyətinin sədri, Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı, əməkdar incəsənət xadimi Zərifə Salahova açaraq rəhbərlik etdiyi qurumun keçdiyi tarixi inkişaf yoluna nəzər salıb.

Z.Salahova deyib ki, ötən illər ərzində dünyanın bir çox ölkələrində RespublikaKitab” Cəmiyyətinin dəstəyi ilə Miniatür Kitab Muzeyi kolleksiyasının ən yaxşı nümunələri təqdim edilib.

Bildirilib ki, Miniatür Kitab Muzeyinin kolleksiyasında 7 mindən çox kitab vardır. Onların 5 mindən çoxu dünyanın 60 ölkəsində nəşr edilib. İçərişəhəri ziyarət edən bir çox xarici ölkə rəsmiləri Miniatür Kitab Muzeyində olublar. Dövlət adamları dəfələrlə vurğulayıblar ki, bu muzey dünyanın ən böyük miniatür kitab muzeylərindən biridir. Onlar muzeyə kitab da hədiyyə ediblər. Ona görə də kolleksiyamız belə zəngindir.

RespublikaKitab” Cəmiyyətinin beynəlxalq əlaqələrindən söz açan Zərifə Salahova deyib ki, bu gün dünyanın başqa ölkələrində fəaliyyət göstərən kitab cəmiyyətləri ilə sıx əməkdaşlıq edir və müntəzəm olaraq müxtəlif ölkələrdə nəşr etdirilən miniatür kitabların təqdimatını keçiririk. Məhz bunun bariz nümunəsi olaraq dekabrın 8-də Miniatür Kitab Muzeyində Venesuelanın mərhum  prezidenti Uqo Çavesin kitabının təqdimatı olacaq. Həmçinin qarşılıqlı əməkdaşlıq çərçivəsində dünyanın ən nüfuzlu kitab təşkilat və cəmiyyətləri tərəfindən sertifikatlar, fəxri fərmanlar almışıq.

Qeyd olunub ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin RespublikaKitab” Cəmiyyətinin işinə verdiyi önəm və diqqətin sayəsində bu qurum öz fəaliyyətini davam etdirərək bu gün uğurlu layihələrə imza atır.

Zərifə Salahova deyib: Ulu öndər mənim belə bir muzey yaratmaq fikrimi hamıdan əvvəl bəyəndi və onun tapşırığı ilə muzey binasının tikintisi üçün İçərişəhərdə yer ayrıldı. Mən bunu ömrüm boyu unutmaram. Ümummilli lider Heydər Əliyevin qayğısı və köməyi olmasaydı, heç vaxt belə bir muzey yaradılıb xalqın istifadəsinə verilə bilməzdi. O zaman bu, ulu öndərin Azərbaycan mədəniyyətinə yeni bir töhfəsi oldu. Azərbaycan Respublikası “Kitab” Cəmiyyəti ulu öndər Heydər Əliyev ilə bağlı 37 miniatür kitab çap edib. Müxtəlif ölçülərdə buraxılan kitabların hamısı Heydər Əliyev Fondundabütün dünyada analoqu olmayan Bakıdakı Miniatür Kitab Muzeyində nümayiş etdirilir. Təkrarsız sənət inciləri kimi yaradılan bu kitablarİndiqo” nəşriyyatında çap olunub”.

Z.Salahova bildirib ki, ulu öndərin Azərbaycanda kitab işinə və kitabın təbliğinə olan diqqət və qayğısı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sonra yubiley münasibətilə RespublikaKitab” Cəmiyyətinin işinə töhfələr verən, kitabın fəal təbliğatçısına çevrilmiş bir sıra tanınmış qələm adamlarına, rəssam və diplomatlara, media təmsilçilərinə fəxri fərmanlar təqdim olunub.

Fəxri fərmana layiq görülənlər sırasında Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc da vardır.

Tədbirdə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç ölkəsinin Mədəniyyət Nazirliyi adından RespublikaKitab” Cəmiyyətinin idarə heyətinin sədri Zərifə Salahovaya fəxri fərman təqdim edib.

Diplomat vurğulayıb ki, Zərifə Salahova öz əməli, xeyirxah işiyorulmaz fəaliyyəti ilə digərlərindən seçilir. Mən onda olan bu həyat eşqinə vurğunam. Onun yolu insanları daima düzlüyə, saflığa, oxumağa, öyrənməyə səsləyir. Bu yolda ona uğurlar arzulayıram.

Tədbirdə digər çıxış edənlər də RespublikaKitab” Cəmiyyətinin işini yüksək dəyərləndirərək quruma gələcək fəaliyyətində uğurlar arzulayıblar.

 

AzərTAc

Azərbaycan.-2014.- 29 noyabr.- S.5.