Turizm haqqında” Azərbaycan Respublikasının

 Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 23-cü bəndlərini rəhbər tutaraq, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 7, maddə 394; 2004, ¹ 4, maddə 203, ¹ 6, maddə 396; 2007, ¹ 8, maddə 751) aşağıdakı məzmunda 7-1-ci maddə əlavə edilsin:

Maddə 7-1. Turizm vizası turistlərə verilən elektron vizalar

7-1.1. Azərbaycan Respublikasına gəlmək üçün viza tələb olunduğu hallarda turist kimi gələn əcnəbilər vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən olunmuş qaydada turizm vizası almalıdırlar.

7-1.2. Turizm vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir.

7-1.3. Turizm vizasının rəsmiləşdirilməsi üçün səfərin turizm məqsədi ilə həyata keçirildiyini təsdiqləyən sənəd (turizm vauçeri ya turizm yollayışı, yaxud sərnişin bileti mehmanxanada, kempinqdə, turist bazasında ya digər bu kimi obyektlərdə yer sifariş edilməsini təsdiqləyən sənəd) Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 36-cı maddəsində göstərilən sənədlər tələb olunur.

7-1.4. Azərbaycan Respublikasına gələn turistlər turizm şirkətləri vasitəsilə elektron viza ala bilərlər.

7-1.5. Elektron viza almaq üçün əcnəbilər vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında fəaliyyət göstərən müvafiq icra hakimiyyəti orqanında akkreditasiyadan keçmiş turizm şirkətlərinə birbaşa ya yaşadıqları ölkələrdə həmin şirkətlərin tərəfdaşı olan turizm şirkətləri vasitəsilə müraciət edə bilərlər.

7-1.6. Turistlərə elektron vizaların verilməsi qaydası Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə tənzimlənir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 17 oktyabr 2014-cü il

Azərbaycan.-2014.- 30 noyabr.- S.2.