Azərbaycan Prezidenti İlham Əliyev Estoniyanın keçmiş
Prezidenti Arnold Rüüteli qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də
Estoniyanın keçmiş Prezidenti Arnold Rüüteli qəbul
edib.
Dövlətimizin
başçısı Bakıda keçiriləcək Beynəlxalq
Humanitar Forumun yaxşı ənənə halı
aldığını və tədbirə marağın ildən-ilə
artdığını qeyd etdi. Prezident İlham Əliyev bu il
Forumda dünyanın 60 ölkəsindən dövlət xadimlərindən
və alimlərdən ibarət çoxlu nümayəndə
heyətinin iştirak edəcəyini vurğulayaraq Bakı
Humanitar Forumunun artıq mühüm beynəlxalq hadisəyə
çevrildiyini dedi.
Bakı
Beynəlxalq Humanitar Forumuna dəvətə görə minnətdarlığını
bildirən Estoniyanın keçmiş Prezidenti Arnold
Rüütel tədbirin dünyanın müxtəlif ölkələrinin
və xalqlarının geniş dairəsini əhatə etməsinin
önəmini vurğuladı. Prezident İlham Əliyevin rəhbərliyi
ilə Forumun hər il yüksək səviyyədə təşkil
olunmasından məmnunluğunu ifadə edən qonaq tədbirin
mühüm əhəmiyyət
daşıdığını dedi.
Azərbaycan.-2014.- 2 oktyabr.- S.1.