Sergey Markov:
hazırda Moskva ilə
Bakı arasında əlaqələr çox fəal inkişaf
edir
Hazırda
Moskva ilə Bakı arasında əlaqələr çox fəal
inkişaf edir. Bu inkişafın əsası bir çox cəhətdən
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ötən
ilin avqustunda Azərbaycana tarixi səfəri zamanı qoyulub. Həmin
səfər zamanı Rusiya Prezidenti Azərbaycan-Rusiya
münasibətlərinin möhkəmlənməsində
çox maraqlı olduğunu bildirib. Bu, son dərəcə əhəmiyyətli
məqam idi. Bizim üçün bu dinamikanı itirməmək,
onu inkişaf etdirmək vacibdir.
AzərTAc xəbər verir ki, bu sözləri oktyabrın 1-də Bakıda mətbuat konfransında tanınmış Rusiya politoloqu, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov səsləndirib.
Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına yol tapması üçün infrastrukturun yaradılması məsələsini ciddi müzakirə etmək vaxtının çatdığını bildirən S.Markov deyib: “Rusiya ərazisində Azərbaycanın logistika mərkəzləri yaradılmalıdır ki, Rusiyanın topdan satış ticarətçiləri kənd təsərrüfatı məhsullarını Azərbaycan ərazisində deyil, həmin mərkəzdən alsınlar. Bundan əlavə, Rusiya bazarlarının Azərbaycanın kənd təsərrüfatı məhsulları ilə təchizatının davamlılığını yetərincə uzun müddət təmin etmək lazımdır. Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsalçıları Rusiya bazarında boşalan yerləri indi tutsalar, həmin yerlər artıq Azərbaycanın olacaq”.
Moskva meri Sergey Sobyaninin bu yaxınlarda Bakıya səfəri məsələsinə toxunan Rusiya diplomatı bildirib ki, səfər Azərbaycanın kənd təsərrüfatı məhsullarının Rusiyaya göndərilməsi məsələlərinin müzakirəsinə həsr olunub. Rusiya politoloqu deyib: “Moskva merinin qeyd etdiyi kimi, paytaxt bazarı Azərbaycandan idxal olunan məhsulların həcmini 300 faiz artırmaq iqtidarındadır. Azərbaycandan kənd təsərrüfatı məhsullarının idxalı 80 faiz , subtropik bitkilərin idxalı isə 100 faizdən çox artırılacaq”.
S.Markov Rusiya
Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovskinin bu yaxınlarda
Azərbaycana səfəri ilə bağlı bildirib
ki, Azərbaycan-Rusiya münasibətlərinin
inkişafı üçün xeyli işlər görülüb.
Siyasi Araşdırmalar Mərkəzinin direktoru fikrini belə yekunlaşdırıb:
“Vladimir Jirinovski Azərbaycana
münasibətdə tənqidi mövqedə
dayanmışdı. Düşmənin dosta
çevrilməsi parlaq dəyişikliklərə
dəlalət edir. Onun
öz mövqeyini dəyişməsi
Azərbaycana münasibətin yaxşı istiqamətdə dəyişməsi
deməkdir. Mən özüm ona Azərbaycana münasibəti dəyişməyi
məsləhət görmüşəm”.
Azərbaycan.-2014.- 2 oktyabr.- S.6.