Koreya Respublikasının Prezidenti Zati-aliləri xanım Pak Kın Heyə

 

Hörmətli xanım Prezident,

Koreya Respublikasının milli bayramı – Dövlətin yaranması günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Koreya Respublikası arasındakı dostluq münasibətlərinin daim möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın bütün sahələrdə inkişafı istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza isə daim əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 27 sentyabr 2014-cü il.

Azərbaycan.-2014.- 3 oktyabr.- S.3.