V Bakı Beynəlxalq Humanitar Forumunun BƏYANNAMƏSİ

 

 

Biz, 2014-cü il 2–3 oktyabr tarixlərində Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün müxtəlif ölkələrdən toplaşmış siyasət, elm mədəniyyət xadimləri, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti kütləvi informasiya vasitələrinin nümayəndələri

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasını alqışlayaraq;

ahəngdar davamlı inkişafın təmin edilməsi, dünyada artan siyasi hərbi münaqişələrin qarşısının alınması məqsədilə beynəlxalq humanitar əməkdaşlığın effektiv tərəfdaşlığın bu sahədə daim artan əhəmiyyətini nəzərə alaraq;

Birləşmiş Millətlər TəşkilatınınMinillik Bəyannaməsi”ni onun 2015-ci ildən sonrakı dövr üçün regional, iqtisadi, sosial gender inkişafı sahəsində dünyada müşahidə olunan bərabərsizliyin aradan qaldırılmasına yönəlmiş gündəliyini rəhbər tutaraq;

istehlakın fasiləsiz artırılması hesabına iqtisadiyyatın stimullaşdırılması üsullarının davamlı inkişaf prinsipləri ilə ziddiyyət təşkil etdiyinə, ciddi resurs, etik, humanitar məhdudiyyətlərlə üzləşdiyinə qarşısıalınmaz qlobal ekoloji problemlərə gətirib çıxardığına diqqəti yönəldərək;

müasir biliklərə, insan potensialına ekoloji sivilizasiya prinsiplərinə əsaslanan uzunmüddətli davamlı inkişafın təmin edilməsinə töhfə verməyə çalışaraq;

qloballaşma şəraitində ümumi gələcəyimizin formalaşmasının səmərəli elmi əsaslara söykənən humanitar etikanın prinsiplərini nəzərə alan intellektual, mədəni, sosial insan potensialının səfərbər edilməsi planetimizdəki mövcud təbii müxtəlifliyin qorunması yolu ilə təmin olunmasınıetiraf edərək;

XXI əsrin çağırışlarına müasir elmi ənənəvi biliklərin yalnız informasiya texnologiyaları ilə geniş inteqrasiyası şəraitində səmərəli cavabın mümkünlüyünü, eyni dərəcədə onların qlobal milli səviyyələrdə geniş istifadə imkanlarını nəzərə alaraq;

ictimaiyyətin məlumatlılığının artırılmasında, humanitar inkişaf sahəsində vəzifələrin həyata keçirilməsi planlamada iştirakın genişləndirilməsində vətəndaş cəmiyyəti kütləvi informasiya vasitələrinin xüsusi rolunu vurğulayaraq;

siyasi, mədəni elmi elitanı, beynəlxalq təşkilatları, vətəndaş cəmiyyətinin kütləvi informasiya vasitələrinin nümayəndələrini inkişaf proseslərinin davamlılığının təmin olunması məqsədilə humanitar əməkdaşlığı daha da gücləndirməyə çağıraraq;

resursların məhdudluğu şəraitində onların davamlı inkişaf humanitar etika prinsiplərinə əsaslanan optimal istifadəsinin qazanılmış nailiyyətlər zəminində aktiv fəaliyyəti nəzərdə tutduğunu dərk edərək;

- Multikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru

- Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meylləri

- İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu

- Davamlı inkişaf ekoloji sivilizasiya

- Qloballaşmanın çağırışları: ənənə transformasiya arasında

- Molekulyar biologiya biotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə, perspektivlər

- Texnologiyaların konvergensiyası gələcəyin konturları: XXI əsrin əsas çağırışları

- Humanizm postmodern dövrün başlıca dəyəri kimi

problemlərini geniş fikir mübadiləsi çərçivəsində nəzərdən keçirərək,

beynəlxalq humanitar əməkdaşlığın daha da inkişaf etdirilməsi dərinləşdirilməsinin müasir çağırışlara təhdidlərə effektiv cavab olduğunu, indiki gələcək nəsillərin rifahının təmin olunmasına yönələn müasir idarəetmə istehsal texnologiyalarının tətbiqinin genişləndirilməsinə imkan yaratdığını təsdiq edirik;

Azərbaycan Respublikasının təşəbbüsü ilə keçirilən ənənəvi Bakı Beynəlxalq Humanitar Forumunun postmodern dövrün əsas dəyəri kimi humanist təcrübəyə əsaslanan multikulturalizmin inkişafına mühüm töhfə verdiyini qeyd edirik;

son illər ərzində Azərbaycan Respublikasında, eləcə bir sıra ölkələrdə davamlı inkişaf proseslərinin planlaşdırılması idarə olunması sahəsindəki əhəmiyyətli irəliləyişin beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapdığının şahidi oluruq;

istehlak cəmiyyətinin səmərəli kafilik səviyyəsində bir humanist istehlak cəmiyyətinə çevrilməsi eyni dərəcədə ekoloji sivilizasiyanın tələblərinə cavab verən həyat tərzinə nail olunması üçün beynəlxalq əməkdaşlığın gələcək inkişafının vacibliyini xüsusi vurğulayırıq;

ən yeni elmi nailiyyətlərə əsaslanan nanotexnologiyaların biotexnologiyaların tətbiqinin, eləcə ərzaq dərman təhlükəsizliyinin təmin olunması üçün müasir ənənəvi texnologiyaların konvergensiyasının, insanların uzunömürlülük potensialının gerçəkləşdirilməsinin həyat keyfiyyətinin yüksəldilməsinin əhəmiyyətini qəbul edirik;

fənlərarası da daxil olmaqla ən yeni bilik bacarıqların fasiləsiz təhsil proqramları ilə inteqrasiyasının, eləcə bu sahədə əməkdaşlığın genişləndirilməsi vasitəsilə insan potensialının inkişafının davamlı inkişafın ən mühüm humanitar meyarı olduğunu etiraf edirik;

humanitar inkişafın məqsədlərinə nail olunmasında kütləvi informasiya vasitələrinin vətəndaş cəmiyyətinin məlumatlılığın yüksəldilməsi inkişafın humanitarlaşdırılması proseslərində iştirakının genişləndirilməsi yolu ilə getdikcə artan rolunu nəzərə çarpdırırıq;

humanitar inkişaf sahəsində ixtisaslaşmış müxtəlif beynəlxalq milli qurumları tolerantlıq, qarşılıqlı ehtiram mühitinin formalaşdırılması müasir qlobal, lokal çağırışların həllinə yönəlmiş müntəzəm forum, konfrans, müzakirə dəyirmi masalar təşkil etməyə çağırırıq;

bu kimi forumların hər il keçirilməsi zərurətinə əminliyimizi ifadə edərək Azərbaycan Respublikasının Prezidentinə Hökumətinə, Heydər Əliyev Fonduna, Bakı Beynəlxalq Humanitar Forumunun bütün təşkilatçılarına belə mötəbər səmərəli tədbir keçirdiklərinə görə dərin minnətdarlığımızı bildiririk;

bu Bəyannamənin qəbul edilməsini humanitar inkişaf sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə istifadəsini vacib sayırıq.

 

Azərbaycan.-2014.- 4 oktyabr.-S.3.