Humanitar ForumunMolekulyar biologiyabiotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə, perspektivlər” mövzusunda “dəyirmi masa”sında aktual məsələlər müzakirə olunur

 

IV Bakı Beynəlxalq Humanitar Forumu

 

Oktyabrın 3-də “Four Seasons” otelində dördüncü Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə” mövzusunda “dəyirmi masa” öz işinə başlayıb.

AzərTAc xəbər verir ki, “dəyirmi masa”nın moderatoru, Azərbaycan Tibb Universitetinin rektoru, Milli Məclisin deputatı akademik Əhliman Əmiraslanov tədbirdə yerli mütəxəssislərlə yanaşı, 6 Nobel mükafatçısının məruzələrlə çıxış edəcəyini bildirib.

Mövzunun aktuallığından danışan Ə. Əmiraslanov diqqətə çatdırıb ki, “dəyirmi masa”da molekulyar biologiyanın nailiyyətləri və perspektivləri ətrafında geniş müzakirələr aparılacaq.

“Dəyirmi masa” bölmə iclasları ilə işini davam etdirir.

 

Azərbaycan.-2014.-4 oktyabr.-S.7.