Azərbaycanda çoxkonfessiyalı, çoxmillətli cəmiyyət formalaşıb

 

IV Beynəlxalq Humanitar Forum hər bir xalqın milli, dini

dəyərlərinin qorunmasını vacib məsələ kimi önə çəkib

 

Azərbaycan bu günlərdə daha bir beynəlxalq tədbirə ev sahibliyi etmişdir. Oktyabrın 2-3-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilən IV Beynəlxalq Humanitar Forum öz işini uğurla başa çatdırmışdır. Forumda 60-dan çox ölkədən 500-ə yaxın nümayəndə iştirak etmişdir.

Dünya dövlətlərinin diqqətini özünə çəkən bu beynəlxalq tədbirin rəsmi açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak etmişlər. Son illərin təcrübəsinə əsaslanan politoloqların fikrincə, Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir tədbirdir. Mədəniyyətlər, sivilizasiyalarkonfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir. Böyük elmi, ictimai-siyasi proseslərin tərkib hissəsinə çevrilən bu forum dördüncü dəfədir ki, keçirilir. Artıq ənənəyə çevrilən bu missiya onu göstərir ki, beynəlxalq aləmdə belə müzakirələrə böyük ehtiyac var. Dünyada gedən proseslər, bəzi hallarda narahatedici məqamlar tələb edir ki, humanitar sahəyə daha böyük diqqət göstərilsin.

Forumun açılışında Prezident İlham Əliyev bildirmişdir: "Biz Azərbaycanda bu sahəyə çox böyük diqqət göstəririk. Təsadüfi deyil ki, bu forum da məhz Azərbaycanda keçirilir. Deyə bilərəm ki, hazırda dünyada humanitar məsələlərin müzakirəsi, təhlilin aparılması üçün bu forumun müstəsna rolu vardır. Məhz buna görədir ki, foruma maraq durmadan artır. Bu, artıq beynəlxalq aləmdə önəmli bir formata çevrilibdir. Biz Azərbaycan olaraq ölkələr arasındakı əlaqələrin inkişafı üçün humanitar aspektlərə daim böyük diqqət göstərmişik. Çünki bizim tarixi keçmişimiz, mədəniyyətimiz bunu diktə edir. Əsrlər boyu Azərbaycanda çoxkonfessiyalı, çoxmillətli cəmiyyət formalaşıb, mövcuddur və müstəqillik dövründə bu müsbət meyillər daha da güclənib. Azərbaycanda bütün xalqlar dostluq, mehribanlıq şəraitində, bir ailə kimi yaşayır. Heç vaxt Azərbaycanda dini, milli zəmində qarşıdurma, anlaşılmazlıq olmayıb və bu, bizim böyük sərvətimizdir. Çünki hər bir ölkənin gücünü, əlbəttə ki, bir neçə amil müəyyən edir: siyasi imkanlar, iqtisadi güceyni zamanda, cəmiyyətdə mövcud olan ab-hava, sağlam mühit və həmrəylik duyğuları. Hesab edirəm ki, bu baxımdan Azərbaycanın təcrübəsi çox müsbətdir və biz öz işimizlə dünyada gedən proseslərə müsbət töhfəmizi veririk".

Yerlixarici ölkə politoloqları və ekspertlərinin dediyi kimi,  Azərbaycanın inkişafı dayanıqlı olmuş, Cənubi Qafqazda lider dövlət kimi tanınmışdır. Ölkəmiz son illər həm də humanitar sahədə böyük uğurlara imza atmışdır. Humanitar sahə  hökumətimiz üçün prioritet sahələrdən biridir. Dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir ki, Azərbaycanda humanitar məsələlər uğurla öz həllini tapır. Son 10 il ərzində 3 minə yaxın yeni məktəb tikilib. Təhsilin keyfiyyətinin artırılması üçün islahatlar aparılıb və bu istiqamətdə tədbirlər davam etdirilir. Eyni zamanda, Azərbaycan gəncləri dövlət vəsaiti hesabına dünyanın aparıcı ali məktəblərinə oxumağa göndərilirlər və onlar gələcəkdə ölkəmizin inkişafına öz töhfələrini verəcəklər.

Respublikada səhiyyə sisteminin təkmilləşdirilməsi məsələsi də çox aktualdır. Etiraf edək ki, müstəqilliyimizin ilk illərində səhiyyə sisteminin maddi-texniki bazası tamamilə yararsız vəziyyətdə idi. Amma 1993-cü ildən sonra dövlətimiz böyük investisiyalar qoymaqla müasir səhiyyə infrastrukturu yaradılmasına nail olmuşdur. Son 10 ildə 500-dən çox səhiyyə ocağı tikilib, təmir edilibbu gün onların bir çoxu ən yüksək standartlara cavab verir.

Ölkəmizdə mədəniyyətlə bağlı təşəbbüslər, layihələr öz gözəl nəticəsini verir. Azərbaycanda mütəmadi olaraq beynəlxalq tədbirlər, festivallar, müsabiqələr keçirilir. Bizim tarixi abidələrimiz bərpa edilir, xüsusi proqram icra olunur. Azərbaycanda çoxlu qədim tarixi abidələr var. Onlar xalqın milli sərvətidir, o cümlədən dini abidələrimiz dövlət tərəfindən bərpa edilir, qorunur və yeniləri tikilir.  Bu sıradan dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi ötən il əsaslı şəkildə bərpa edilib. Bu məscid 743-cü ildə Şamaxı şəhərində tikilmiş müsəlman aləmində ən qədim məscidlərdən biridir. Şəki rayonunun Kiş kəndində Qafqazın ən qədim kilsəsi bərpa edilib. Azərbaycanda pravoslav kilsələri, katolik kilsə, sinaqoqlar dövlətin dəstəyi ilə əsaslı şəkildə təmir edilib. Bütün bunlar Azərbaycan dövlətinin, Azərbaycan xalqının böyük sərvətidir. Bunlar həm də o deməkdir ki, multimədəniyyətli cəmiyyət, dinlərarası dialoq, xalqlar arasındakı dostluq, qardaşlıq dövlətimizi daha da gücləndirir, cəmiyyətdə çox gözəl ab-hava yaradır. Bu, həm də dövlət siyasətidir, eyni zamanda, cəmiyyətin mənəvi tələbidir.  Prezident İlham Əliyev forumun açılışındakı nitqində bu məsələlərdən ətraflı danışaraq demişdir ki, bu sahədə əldə edilmiş təcrübə başqa ölkələr üçün də maraqlı ola bilər.

Azərbaycanda multikulturalizmin banisi Heydər Əliyevdir. Ümummilli lider bu məsələni ölkədə demokratiyanın ayrılmaz hissəsi hesab edirdi. Odur ki, Azərbaycanda multikulturalizm atmosferinin saxlanması üçün ölkə rəhbərliyi beynəlxalq təşkilatlarla, o cümlədən BMT, ATƏT, İƏT ilə sıx əməkdaşlıq edir. Yaxın uzaq xarici ölkə vətəndaşlarına da məlumdur ki, multikulturalizm Azərbaycanda həyat tərzidir. Əsrlər boyu Azərbaycanda multimədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq həmrəylik bunun bariz nümunəsidir. Azərbaycan dövləti bu gün çalışır ki, öz təşəbbüsü ilə regionda dünyada gedən proseslərə müsbət təsir göstərsin. Təsadüfi deyil ki, Azərbaycan tərəfindən irəli sürülmüş bir neçə təşəbbüs artıq beynəlxalq aləmdə öz yerini tapıb bu təşəbbüslər ətrafında yeni imkanlar yaranır. Misal üçün,  2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısında Azərbaycan dövlətinin dəvəti ilə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirləri iştirak etdi birgə toplantı keçirildi. Bu, tarixdə ilk dəfə baş vermişdir Azərbaycan həm Avropa Şurasına, həm İslam Əməkdaşlıq Təşkilatına üzv olduğu üçün bu təşəbbüsü öz üzərinə götürmüşdür. Bakıda sivilizasiyalararası dialoq forumları keçirilmişdir. Azərbaycan dövlətinin təşəbbüsü ilə bir neçə il bundan əvvəl dünya dini liderlərinin zirvə görüşü keçirilmişdir s. Bakı Beynəlxalq Humanitar Forumunun mahiyyəti məhz bundadır.

IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "dəyirmi masa"da Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev  ölkəmizin tarixən multikulturalizmin vətəni olduğunu diqqətə çatdıraraq bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Multikulturalizm ənənələrinin inkişafı möhkəmlənməsi üçün bütün zəruri siyasi sosial şərait yaradılır. Bunun nəticəsində müxtəlif millətlərin, dinlərin mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşadığı Azərbaycan dünyada multikulturalizm mərkəzinə çevrilib.

Prezident İlham Əliyevin 2014-cü il 14 fevral tarixli sərəncamı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm dini məsələlər üzrə Dövlət Müşaviri Xidməti təsis edilib. Dövlət başçısının 2014-cü il 15 may tarixli fərmanı ilə isə Bakı Beynəlxalq Multikultralizm Mərkəzi yaradılıb. Tədbirdə qeyd edilib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu respublikamızda onun hüdudlarından kənarda  həyata keçirdiyi beynəlxalq fəaliyyəti ilə ölkəmizdə multikulturalizmin üstünlüklərini dünyada əyani şəkildə nümayiş etdirib.

Oktyabrın 2-3-də keçirilən IV Beynəlxalq Humanitar Forumun tarixi əhəmiyyəti həm ondadır ki, dünyaya bir daha əyan oldu ki, Azərbaycan dövləti, Azərbaycan Prezidenti çalışır ki, yaşadığımız bölgədə regional əməkdaşlıq inkişaf etsin, millətlərarası münasibətlər daha da yaxşılaşsın, dinlərarası dialoq güclənsin.

 

Rəhman SALMANLI,

Azərbaycan.-2014.- 10 oktyabr.- S. 7.