İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə

 

Əlahəzrət,

İspaniya Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, ölkələrimiz arasında əlaqələrin, qarşılıqlı maraq doğuran əməkdaşlığın daha da inkişafı və genişlənməsi xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İspaniya xalqına daim sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 8 oktyabr 2014-cü il.

 

Azərbaycan. - 2014.- 12 oktyabr.- S.1.