"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 315                         Bakı şəhəri, 26 sentyabr 2014-cü il

 

 

"Dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən beynəlxalq və ölkə səviyyəli tədbirlər keçirilməsi ilə bağlı öhdəlik götürülməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 30 aprel tarixli 155 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 11, maddə 1072, ¹ 12, maddə 1247; 2012, ¹ 1, maddə 40, ¹ 3, maddə 256, ¹ 10, maddə 1016, ¹ 11, maddə 1207; 2013, ¹ 6, maddələr 745, 757, ¹ 7, maddə 868, ¹ 8, maddələr 1005, 1018, ¹ 11, maddə 1466, ¹ 12, maddə 1639; 2014, ¹ 1, maddə 69, ¹ 2, maddələr 191, 201, 207, ¹ 3, maddələr 307, 317, ¹ 4, maddə 449, ¹ 5, maddə 560; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 5 iyun tarixli 178 nömrəli, 13 iyun tarixli 194 nömrəli, 15 iyul tarixli 232 nömrəli və 31 iyul tarixli 266 nömrəli qərarları) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Elektron xidmət növlərinin Siyahısı"nın 17.1-ci bəndində "respublika" sözü "ölkə" sözü ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan. - 2014.- 12 oktyabr.- S. 1.