"Avtomobil yollarının ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

 

¹ 320                   Bakı şəhəri, 1 oktyabr 2014-cü il

 

 

"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 14 may tarixli 648-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 933 nömrəli Fərmanının 1.1.9-cu yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Avtomobil yollarının ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

 

 Azərbaycan  Respublikası  Nazirlər Kabinetinin  2014-cü il 1oktyabr tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

Avtomobil yollarının ehtiyat zonalarında bina və qurğuların,  kommunikasiyaların yerləşdirilməsi Qaydası

 

1. Ümumi müddəalar

 

1.1. Bu QaydaAvtomobil yolları haqqında” Azərbaycan RespublikasıQanununun 15-2-ci maddəsinə əsasən hazırlanmışdır və avtomobil yollarının perspektiv inkişafı üçün nəzərdə tutulmuş ehtiyat zonalarında (bundan sonra - ehtiyat zonaları) bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsiqaydalarını müəyyən edir.

1.2. Ehtiyat zonaları ərazi planlaşdırılması sənədlərində təsbit edilir.

1.3. Ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsi həmin zonalarda tikintisi nəzərdə tutulmuş avtomobil yollarının sahibləri ilə razılaşdırılmaqla, qüvvədə olan normativ hüquqi aktların tələblərinə əsasən həyata keçirilir.

 

2. Ehtiyat zonalarında bina və qurğuların yerləşdirilməsi

 

2.1. Ehtiyat zonalarında yüngül konstruksiyalı, yaxud müvəqqəti və ya yardımçı bina və qurğuların yerləşdirilməsinə yol verilir.

2.2. Ehtiyat zonalarında yüngül konstruksiyalı, yaxud müvəqqəti və ya yardımçı binaqurğular ərazi planlaşdırılmasının sabitliyinin təmin edilməsi şərtiləyerləşdirilir.

 

3. Ehtiyat zonalarında kommunikasiyaların yerləşdirilməsi

 

3.1. Ehtiyat zonalarında kommunikasiyalar (qaz, istilik, rabitə, elektrik, sukanalizasiya təminatı vasitələri və qurğuları) ərazi planlaşdırılmasının sabitliyinin təmin edilməsi şərtiləyerləşdirilir.

3.2. Ehtiyat zonalarında yeni kommunikasiyaların yerləşdirilməsinə və bu məqsəd üçün lazımi qurğuların tikintisinə, habelə yükgötürən konstruksiyaların gücləndirilməsinə sərf olunan bütün xərclər kommunikasiyaların çəkilməsini həyata keçirən sifarişçilər tərəfindən ödənilir.

 

4.  Ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsininrazılaşdırılması qaydası

 

4.1. Ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsinirazılaşdırmaq üçün fizikiya hüquqi şəxs (bundan sonra - ərizəçi) həmin zonalarda tikintisi nəzərdə tutulmuş avtomobil yollarının sahiblərinə yazılı və ya elektron formada ərizə təqdim edir.

4.2. Razılaşdırma üçün təqdim edilən ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

4.2.1.  ərizəçi fiziki şəxs olduqda - onun adı, soyadı, atasının adı, yaşadığı yer;

4.2.2. ərizəçi hüquqi şəxs olduqda - onun adı, hüquqi ünvanı.

4.3.  Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

4.3.1. ərizəçi fiziki şəxs olduqda - onun şəxsiyyətini təsdiq edən sənədin surəti;

4.3.2. ərizəçi hüquqi şəxs olduqda - hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

4.3.3. tikilməsi, quraşdırılması, yaxud çəkilməsi nəzərdə tutulmuş obyektin, qurğununya kommunikasiyanın texniki planı;

4.3.4. yerli icra hakimiyyəti orqanının rəyi.

4.4. Ərizəçidən bu Qaydada nəzərdə tutulmayan sənədlərin tələb olunmasına yol verilmir.

4.5. Ərizəçi təqdim etdiyi sənədlərin və onlarda göstərilən məlumatların düzgünlüyünə görə cavabdehlik daşıyır.

4.6 Təqdim edilən sənədlərdə çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, ərizənin qeydə alındığı andan etibarən, 15 gündən gec olmayaraq, ehtiyat zonasında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsininrazılaşdırılması haqqında qərar qəbul edilir.

4.7. Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə 5 günündən gec olmayaraq, yazılı məlumat verilir. Həmin çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sənədlər təkrar təqdim edildikdə, onlara 10 gün müddətində baxılır və qərar qəbul edilir.

4.8. Ehtiyat zonalarında bina və qurğuların, kommunikasiyaların yerləşdirilməsiərazi planlaşdırılmasına uyğun olmadıqda, razılaşdırmadanimtina edilir.

4.9. Razılaşdırmadan imtina edildikdə, ərizəçiyə imtinanın səbəbləri göstərilməklə yazılı məlumat verilir.

 

 

Azərbaycan. - 2014.- 12 oktyabr.- S. 1.