“Bakı - məhdudiyyətlərin olmadığı şəhər” adlı konfrans keçirilib

 

Oktyabrın 10-da ADA Universitetində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, UNICEF-in Azərbaycandakı nümayəndəliyi, Gənclər və İdman Nazirliyi və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə “Bakı - məhdudiyyətlərin olmadığı şəhər” adlı konfrans keçirilib.

AzərTAc xəbər verir ki, konfransın açılışında çıxış edən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev tədbirin UNICEF-in Uşaq Hüquqları Konvensiyasının 25-ci ildönümünə həsr olunduğunu bildirib. Rektor diqqətə çatdırıb ki, konfransın keçirilməsində əsas məqsədlərdən biri Bakı şəhərinin daha maneəsiz olması istiqamətində siyasi qərarların qəbul edilməsinə nail olmaqdır. Bu, xüsusilə qarşıdan gələn 2015-ci il Birinci Bakı Avropa Oyunlarının keçirilməsi munasibətilə Bakı şəhərinin əlverişlilik məsələlərinə dair əlaqələndirmə qrupun yaradılmasını nəzərdə tutur.

Rektor qeyd edib ki, ADA Universiteti açıq, beynəlmiləl və inklüziv cəmiyyətin yaradılmasının tərəfdarıdır. “Qüsurları olan tələbələrin xidmətlərimizdən, proqramlarımızdan və fəaliyyətlərimizdən tam yararlanmaqla öz təhsil hüquqlarından maneəsiz şəkildə bəhrələnmələri əsas məqsədlərimizdən biridir”,- deyən rektor  əlavə etdi ki, universitetin qurulması zamanı məhz bu faktorlar nəzərə alınıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Əhali və inkişaf üzrə Qahirə konfransının Fəaliyyət Proqramı”nın  qəbul edildiyi 1994-cü ilin Azərbaycanda ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil dövlət quruculuğuna başlandığı, yəni həm də bu sənədin reallaşdırılması üçün ilk imkanların yarandığı dövrə təsadüf etdiyini deyib. Bildirib ki, ADA universitetinin və “ASAN xidmət” binaları əlillərin istifadəsinə də uyğun şəkildə tikilib. Nazir onu da bildirib ki, yaxın vaxtlarda “ASAN xidmət”lə nazirliyin birgə sexlərin açılması nəzərdə tutulub. Bu sexlərdə gözdən əlil vətəndaşlar fəaliyyət göstərəcəklər.

Nazir diqqətə çatdırıb  ki, cəmiyyət inkişaf edirbu cəmiyyətdə əlil uşaqlara mənəvi və fiziki yer olmalıdır. Onlar bütün günü evdə oturaraq kiməsə möhtac qalmamalıdırlar, əlillərin adi insanlarla bərabər hüquqları olmalıdır.

S.MüslümovUşaq qayğı sistemində islahatlar” üzrə birgə Tədbirlər Planının icrasında, sağlamlıq imkanları məhdud uşaqların yaşadığı sosial xidmət müəssisələrinin potensialının artırılmasında və uşaqlara sosial xidmət sisteminin təkmilləşdirilməsində, “Sosial xidmət haqqındaqanunun hazırlanmasında UNICEF ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Bildirib ki, cari ilin iyununda ƏƏSMN ilə UNICEF arasında imzalanan 2014-2015-ci illər üzrə birgə Fəaliyyət Planına uyğun olaraq, biz uşaqlarla bağlı sosial xidmətlər və sosial reabilitasiya sisteminin inkişafına yönələn bir sıra fəaliyyət istiqamətlərində birgə işlər aparacağıq. Bununla yanaşı, hazırda Azərbaycanda sosial xidmətlər sisteminin təkmilləşdirilməsi üzrə yeni strategiyanın hazırlanması nazirliyin  gündəliyində duran məsələlərdən biridir. Bu strategiyanın hazırlanmasında UNICEF tərəfindən texnikiekspertiza dəstəyinin göstərilməsi, eləcə də sosial xidmətlərin monitorinqi və qiymətləndirilməsi sisteminin dəstəklənməsi  yeni əməkdaşlıq istiqamətləri ola bilər.

S.Müslümov eyni zamanda əlilliyi olan şəxslərlə bağlı milli qanunvericiliyin BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasına uyğunlaşdırılması ilə bağlı aparılan birgə işlərin də uğurla davam etdirilməsinin qarşıda duran vəzifələrdən olduğunu bildirib.

Məhdudiyyətlərin aradan qaldırılmasının istər analaruşaqlar, kişilər və əlilliyi olan şəxslər, istərsə də Bakı şəhərinin gələcəyi üçün əhəmiyyəti ətrafında müzakirələr ilə davam edən tədbirdə ADA Universitetinin əlillər ilə üzrə şöbəsinin rəhbəri Elnur Eyvazov məruzə ilə çıxış edib. E.Eyvazov qeyd etdi ki, özü gözdən əlil olsa da və görmə qabiliyyətinin 95 faizini itirdiyinə baxmayaraq, bu amil ona xaricdə ən tanınmış universitetlərdə təhsil almasına və nəhayət cəmiyyətə inteqrasiya etməsinə mane olmayıb.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Andro Şilaxadze öz çıxışında qeyd etdi ki, regionda UNICEF-in Əlilliyi olan İnsanların Hüquqları haqqında Bəyannaməsinə qoşulan ilk dövlətlərdən biri olan Azərbaycanda hal-hazırda fiziki məhdudiyyətlərinin olub-olmamasından asılı olmayaraq, bütün uşaqların ayrıseçkilik olmadan böyüməsi və ömrü boyu eyni imkanlara malik olması sahəsində görülən işlər UNICEF-i çox sevindirir. “Maneəsiz Bakı” təşəbbüsü nəinki xüsusi ehtiyacları olan uşaqların, habelə əlilliyi olan anaların, ahıl insanların və fəhlələrin həyatlarında kəskin dönüş yaradacaq. Bununla belə, bu bir çox insan üçün və xidmət yerlərinin açılması baxımından da biznesə müsbət təsir göstərəcək.

Tədbirin əsas məruzəçisi UNICEF-in beynəlxalq eksperti,  Kanadalı  doktor Kollin Haqs ən mütərəqqi beynəlxalq təcrübələri və tələbləri təqdim etməklə, rəhbər işçiləri “Bakını nəinki ən gözəl şəhərlərdən biri, habelə dünyanın ən qabaqcıl şəhərlərindən birinə çevrilməsinə” çağırmışdır.

Konfransın yekunu olaraq, iştirakçılar tərəfindən “Bakı Müəssərlik Bəyannaməsi” imzalanıb.

 

Azərbaycan.-2014.- 11 oktyabr.- S.5.