Bakıda şahmat üzrə Qran-pri turnirinin

 birinci mərhələsinin onuncu turu başa çatıb

 

Bakıda keçirilən şahmat üzrə Qran-pri turnirinin birinci mərhələsinin onuncu turu başa çatıb.

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə bu turda oynanılan partiyalara baxıb.

Azərbaycanın Baş nazirinin birinci müavini, 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov da Qran-pri yarışının onuncu turunda şahmatçılarımızın çıxışları ilə maraqlanıblar.

Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində keçirilən yarışın bu turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ idmançısı Hikaru Nakamura ilə heç-heçə oynayıb. Digər şahmatçımız Teymur Rəcəbov isə İsrail təmsilçisi Boris Gelfanda məğlub olub.

On turdan sonra İtaliya şahmatçısı Fabiano Karuanoİsrail təmsilçisi Boris Gelfand hərəyə 6 xal toplayaraq 1-2-ci yerləri bölüşürlər. Sergey Karyakin, Petr Svidler, Yevgeniy TomaşevskiHikaru Nakamura 5,5, Teymur Rəcəbov və Aleksandr Qrişuk 5, Şəhriyar Məmmədyarov və Rüstəm Kasımcanov 4,5, Dmitriy Andreykin 4, Lenyer Domingez isə 3 xal toplayıblar.

 

Azərbaycan.-2014.- 14 oktyabr.- S.2.