Pirallahıda geniş abadlıq-quruculuq işləri görülür

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Pirallahı qəsəbəsində aparılan abadlıq-quruculuq işləri ilə tanış olub.

Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca yaşayış binalarının fasadlarının təmirinə başlanılıb. Binaların fasadlarının yenilənməsi, giriş qapılarının və dam örtüyünün təmiri istiqamətində işlər aparılır, şəhərsalma və tikinti normalarına cavab verməyən kiçik və yarımçıq tikililər sökülür, ərazilər təmizlənərək abadlaşdırılır. Binalar təsdiq olunmuş layihə əsasında əsaslı təmir edilir.

Pirallahı qəsəbəsində sakinlərin rahatlığının təmin edilməsi məqsədilə bazar, ticarət mərkəzləri və yanacaqdoldurma məntəqəsinin inşası nəzərdə tutulub. Bu işlər, eyni zamanda, məşğulluq məsələsinin də müsbət həllinə xidmət edəcək.

 

Azərbaycan.-2014.- 15 oktyabr.- S.1.