Azərbaycan Prezidenti İlham Əliyev Tacikistana rəsmi səfərə gəlib

 

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Tacikistan Respublikasına rəsmi səfərə gəlib.

Azərbaycanın və Tacikistanın dövlət bayraqlarının dalğalandığı Düşənbə Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısını Tacikistanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.

 

 

Azərbaycan.-2014.- 16 oktyabr.- S.1.