Prezident İlham
Əliyev Gəncənin Cavad
Xan küçəsində sakinlərlə
görüşüb
Azərbaycan Prezidenti İlham
Əliyevin Naftalan şəhərinə,
Goranboy rayonuna və Gəncə
şəhərinə səfəri
Oktyabrın
18-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və xanımı Mehriban Əliyeva Gəncəyə
səfərləri çərçivəsində Cavad Xan
küçəsində olublar.
Dövlətimizin
başçısı və xanımı burada sakinlərlə
görüşüb söhbət etdilər.
Prezident
İlham ƏLİYEV: Salam, necəsiniz?
SAKİN:
Çox sağ
olun, cənab Prezident. Oğlum bayaqdan Sizi görmək istəyir.
Xüsusi istedadlı uşaqlar
sinfində oxuyur.
Sizə bir neçə dəfə internetlə məktub da göndərib.
Prezident
İlham ƏLİYEV: Neçə
yaşı var?
SAKİN:
Beşinci sinifdə oxuyur.
Prezident
İlham ƏLİYEV: Adın
nədir?
UŞAQ: Adım Emindir. Müəlliməm bizə danışmışdı
ki, bir dəfə
bir uşaq Kraliça Elizabetə məktub yazaraq onu öz ad gününə dəvət
edir. Kraliça da onun ad gününə gəlir.
Mehriban
ƏLİYEVA: Sən də
bizi çağır,
gələk sənin
ad gününə.
Prezident
İlham ƏLİYEV: Əlbəttə,
biz də gələrik.
Sənin
ad günün nə vaxtdır?
EMİN:
19 mart.
Prezident
İlham ƏLİYEV: Novruz
bayramı ərəfəsində.
Çox
yaxşı. Sağ
olun.
Mehriban
ƏLİYEVA: Uğurlar sizə.
SAKİNLƏR:
Xoş gəlib, səfa gətirmisiniz. Allah Sizi qorusun.
Həmişə Siz gələsiniz.
Prezident
İlham ƏLİYEV: Çox
sağ olun.
Şəhər İcra Hakimiyyətinin
başçısı Elmar
VƏLİYEV: Mehriban xanım,
bu, Zinger qardaşlarının
binası olub. Binanın fasadında “Zinger” tikiş
maşınının emblemi
də durur. İndi yaşayış binasıdır.
Küçədəki çayxananın
qarşısından ötən
Prezident İlham Əliyevi salamlayan sakinlər dedilər: Xoş gəlmisiniz, cənab Prezident.
Prezident
İlham ƏLİYEV: Çox
sağ olun.
Bayramınız mübarək olsun.
Bu gün Müstəqillik
Günüdür. Sizi ürəkdən
təbrik edirəm.
Gəncə gözəlləşir, abadlaşır. Hər dəfə
burada olanda görürəm ki, Gəncə daha gözəl şəhərə
çevrilib.
SAKIN: Möhtərəm cənab
Prezident, Gəncəyə
xoş gəlmisiniz. Gəncəlilər Sizi çox
sevirlər. Bu gün Gəncədə olan obyektlərə baxdınız. Gəncə həmişə
şeir, musiqi Vətəni sayılıb.
Ancaq bir yaxşı filarmoniyamız, Dram Teatrımız
yox idi.
Prezident
İlham ƏLİYEV: İndi
olacaq.
SAKİN:
Bəli, Sizə minnətdarıq, təşəkkürümüzü
bildiririk. Allah Sizi qorusun. Mehriban xanıma da minnətdarıq. Sizin də
bayramınız mübarək
olsun.
Sonra dövlətimizin
başçısı və
xanımı Cavan Xan küçəsindəki
türk restoranına baş çəkdilər.
Restoran işçiləri: Xoş
gəlmisiniz. Buyurun qonağımız
olun. Biz əsasən türk yeməkləri bişiririk.
Prezident
İlham ƏLİYEV: Siz
özünüz haralısınız?
Restoranın işçisi: Qaziantepdənəm.
Restoranımıza gəldiyiniz üçün
Sizə minnətdarıq.
Prezident
İlham ƏLİYEV: Sizə
uğurlar arzulayıram,
sağ olun.
Daha bir neçə sakin dövlətimizin başçısını və
xanımını səmimiyyətlə
salamlayıb dedilər:
- Bizim gözəl Gəncəyə xoş gəlmisiniz. Sizə cansağlığı arzu edirik. Bizim Gəncə Sizin sayənizdə gündən-günə
gözəlləşir, inkişaf
edir.
Prezident
İlham ƏLİYEV: Sağ
olun. Sizə uğurlar arzu
edirəm.
X X X
Dövlətimizin başçısı və
xanımı gəzinti
zamanı sakinlərlə
xatirə şəkilləri
çəkdirdilər.
AzərTAc
Azərbaycan.-2014.- 19 oktyabr.- S.8.