Şərur rayonunun Axura kəndində müasir infrastruktur yaradılıb

 

Naxçıvan Muxtar Respublikasının digər yaşayış məntəqələrində olduğu kimi, Şərur rayonunda da quruculuq işlərinin əsasını sosial infrastrukturun müasirləşdirilməsi təşkil edir. Rayon mərkəzində və kəndlərdə istifadəyə verilən təhsil və səhiyyə müəssisələri, xidmət sahələri əhalinin rahat yaşayışına hesablanıb.

Bütün bunları rayonun dağ və sərhəd yaşayış məntəqəsi olan Axura kəndinin timsalında da görmək mümkündür. Dəniz səviyyəsindən 1300 metr yüksəklikdə yerləşən bu yaşayış məntəqəsi aparılan quruculuq işlərindən sonra müasir görkəmə qovuşub.

 

Axura kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, oktyabrın 17-də Axura kənd tam orta məktəbinin yeni binasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məktəbin direktoru Asəf Məmmədov çıxış edərək deyib ki, bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərində müasir məktəb binaları tikilərək istifadəyə verilir. Bütün bunlar ölkəmizdə həyata keçirilən uğurlu təhsil islahatlarının bəhrəsidir. Axura kənd tam orta məktəbinə bu qayğıdan pay düşüb, müasir məktəb binası tikilib. Yaradılan şərait gələcəyimiz olan gənclərin yaxşı təhsil almasına, bilikli vətənpərvər vətəndaş kimi yetişməsinə imkan verəcəkdir.

Asəf Məmmədov bundan sonra da şagirdlərin təlim-tərbiyəsi istiqamətində səylə çalışacaqlarına, göstərilən etimadı əməli işləri ilə doğruldacaqlarına söz verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Axura kənd tam orta məktəbinin binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, ümummilli liderimiz Heydər ƏliyevinTəhsil Azərbaycanın gələcəyini təmin edən bir sistemdirfikrini xatırladaraq deyib: Müstəqil Azərbaycanın gələcəyinin etibarlı möhkəm olması üçün təhsil inkişaf etdirilməli, təkmilləşdirilməlidir. Bu tədbirləri həyata keçirmək üçün ilk növbədə müasir təhsil infrastrukturu yaradılmalıdır. Məktəblər müasir tədrisin tələblərinə uyğun avadanlıqlarla təmin olunmalı, müəllim-şagird münasibətləri tələbkarlıq çalışqanlıq prinsipləri üzərində qurulmalıdır.

Ali Məclisin Sədri deyib: Bu gün ölkəmizdə təhsilə göstərilən qayğı, bu sahədə həyata keçirilən islahatlar nümunə gücündədir. Şəhər rayon mərkəzləri ilə yanaşı, ən ucqar dağ kəndlərində müasir məktəb binalarının tikilməsi bunu bir daha təsdiq edir. Məktəb binalarının müasir səviyyədə qurulması müstəqil dövlətimizin qarşıya qoyduğu başlıca tələblərdəndir. Bu məqsədlə ölkəmizdə müvafiq dövlət proqramları həyata keçirilir. Görülən bu işlər bir tərəfdən gənclərin hərtərəfli təhsil almasına xidmət edirsə, digər tərəfdən onların xarici ölkələrdə təhsillərini davam etdirməsi, dünya təhsil sisteminə inteqrasiya baxımından da mühüm əhəmiyyət daşıyır. Ona görə məktəblərdə şagirdlərə informasiya texnologiyalarının əsasları dərindən öyrədilməli, xarici dillərin tədrisi diqqət mərkəzində saxlanılmalıdır.

Qeyd olunub ki, Axura kənd tam orta məktəbində lazımi şərait yaradılıb. Məktəbdə zəngin fonda malik kitabxana, internetə çıxışı olan kompyuterlər, laboratoriyalar, gənclərin sağlam böyüməsi üçün idman zalı digər tədris avadanlıqları vardır. Bu da şagirdlərin təhsilli sağlam böyüməsinə imkan verəcəkdir.

Ali Məclisin Sədri deyib: Hər bir millətin tərəqqisi təhsildən, təhsilin tərəqqisi isə pedaqoji kollektivlərin fəaliyyətindən asılıdır. Təhsil sahəsində qazanılan nailiyyətlər, ilk növbədə müəllimlərin işə məsuliyyətlə yanaşması nəticəsində mümkün olur. Axura kənd tam orta məktəbində müəllim tələbkarlığının şagird çalışqanlığının tələb olunan səviyyədə olması uğurlu nailiyyətlərin qazanılmasına şərait yaradıb.

Ali Məclisin Sədri qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkürünü bildirib, onlara gələcək təhsildə uğurlar arzulayıb.

Üç mərtəbədən ibarət məktəb binası 234 şagird yerlikdir. Sinif otaqları və ayrı-ayrı fənn kabinələri lazımi tədris avadanlıqları ilə təchiz olunub. Məktəbdə kompyuter otağı, 3 elektron lövhəli sinif, kimya-biologiyafizika laboratoriyaları, hərbi kabinə, şahmat və müəllimlər otaqları, kitabxanaidman zalı vardır.

Məktəbdə kitabxananın fəaliyyət göstərməsi ayrı-ayrı fənlər üzrə biliklərin möhkəmləndirilməsi ilə yanaşı, şagirdlərin dünyagörüşünün artmasına, mütaliə vərdişlərinin formalaşdırılmasına da kömək edəcəkdir. Hazırda kitabxananın fondunda 1700-dən çox dərslik və 2000-dən çox bədii ədəbiyyat vardır.

Ali Məclisin Sədri ayrı-ayrı sinif otaqlarında olub, məktəbdə tədrisin təşkili ilə maraqlanıb.

Axura kənd tam orta məktəbində 20 kompyuter dəsti quraşdırılıb, onların hər biri internetə qoşulub. Elektron lövhəli siniflər isə məktəbdə distant təhsilin tətbiqinə şərait yaradır. Baxış zamanı 95 ümumtəhsil məktəbi ilə Naxçıvan Dövlət Xalça Muzeyi arasında videobağlantı vasitəsilə “Naxçıvan qrupuna daxil olan xalçalarmövzusunda dərs tədris olunub.

Məktəbin kimya-biologiyafizika laboratoriyalarının hər biri müasir tədris vasitələri ilə təmin edilib, dərslərə uyğun təcrübi məşğələlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.

Ali Məclisin Sədrinə məktəbin nailiyyətləri haqqında məlumat verilib. Qeyd olunub ki, təhsilə göstərilən diqqət və qayğı bu məktəbin də uğurlarının ilbəil artmasına səbəb olub. Ötən tədris ilində məktəbi bitirən 10 məzundan 6-sı tələbə adını qazanıb, onlardan 2-si 500-700 intervalında bal toplayıb. Həmçinin şagirdlərdən biri 9-cu sinif bazasından orta ixtisas məktəbinə, 1-i isə Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub.

Təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrdən biri də bədən tərbiyəsi və idman dərslərini düzgün təşkil etməklə şagirdlərin fiziki sağlamlığını qorumaqdır. Bu məqsədlə Axura kənd tam orta məktəbində geniş idman zalı yaradılıb, həyətdə açıq idman qurğuları quraşdırılıb.

Müəllimlərlə görüşən Ali Məclisin Sədri deyib ki, müasir məktəb binasının istifadəyə verilməsi pedaqoji kollektiv qarşısında mühüm vəzifələr qoyur. Məktəbdə tədrisin müasir metodlarla qurulması təmin edilməli, tələbkarlıq artırılmalı, müəllimlər öz hazırlıq səviyyələrini daim yüksəltməlidirlər. Xalqın gələcəyi təhsilli və vətənpərvər gənclərdən asılıdır. Bu gəncliyin hazırlanması isə müəllimlərin üzərinə düşən vəzifələrdir. Ona görə də kollektiv məktəbdə tədrisin səviyyəsinin yüksəldilməsini bundan sonra da diqqət mərkəzində saxlamalı, nailiyyətlər artırılmalı, gələcəyimizin təminatçısı olan gənclər yetişdirilməlidir.

Müəllim Zəhra Novruzova dağ və sərhəd kəndi olan Axurada təhsilin inkişafına göstərilən qayğını, müasir məktəb binasının istifadəyə verilməsini dövlətimizin və xalqımızın gələcəyinə hesablanmış tədbirlərin tərkib hissəsi kimi dəyərləndirib, yaradılan şəraitə əməli işləri ilə cavab verəcəklərini bildirib.

Məktəbin həyətində də abadlıq işləri görülüb, ağacgül kolları əkilib.

 

Kənddə yeni Xidmət mərkəzi fəaliyyətə başlayıb

 

Axura kəndində müasir xidmət mərkəzinin yaradılması sakinlərin məişət şəraitinin yaxşılaşdırılmasına imkan verəcəkdir.

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzinin açılışını edib, yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, Axura kənd xidmət mərkəzinin fəaliyyətə başlaması ilə 5 nəfər işlə təmin olunub. Burada ərzaq və sənaye malları mağazaları, eləcə də ət satışı yeri fəaliyyət göstərir. Həmçinin mərkəzdə bərbərxana və qadın gözəllik salonu da istifadəyə verilib.

Mərkəzlə tanışlıqdan sonra kənd sakinləri ilə görüş olub.

Ali Məclisin Sədri Axura kəndinin muxtar respublikanın abad yaşayış məntəqələri sırasına qoşulması münasibətilə sakinləri təbrik edərək deyib: Axura kəndi sərhəd yaşayış məntəqəsidir. Bu kəndin zəhmətkeş insanları vardır. Kənddə fərdi təsərrüfatlar inkişaf etdirilir. Aparılan quruculuq işləri sakinlərin kənddə rahat yaşamasına, onların problemlərinin vaxtlı-vaxtında həll olunmasına imkan verəcəkdir. Kənddə dövlət qurumlarının, xidmət təşkilatlarının fəaliyyəti yaxşılaşdırılıb, mənzillər telefonlaşdırılıb, elektrik enerjisi, təbii qazla tam təmin olunub. Bütün bunlara dövlətimizin iqtisadi inkişafı və sabitlik nəticəsində nail olunub. Sakinlər də yaradılan şəraitdən səmərəli istifadə etməli, kəndin inkişafına çalışmalı, tikilənlər, qurulanlar qorunmalıdır.

Kənd ziyalısı Məmmədəli Orucov sakinlər adından minnətdarlıq edərək deyib ki, dağ kəndində aparılan bu cür quruculuq işləri Azərbaycan dövlətinin iqtisadi qüdrətinin göstəricisidir. Son illər Axura kəndində əhalinin rahatfiravan yaşayışı təmin olunub. Kəndə içməli su çəkilib, müasir yol salınıb, əhalinin məişət şəraiti yaxşılaşdırılıb. Görülən işlər Axuranı müasir yaşayış məntəqəsinə çevirib. Artıq bu dağ kəndində yaşamaq da, işləmək də hər bir sakində qürur doğurur, onların torpağa bağlılığını artırır. Sakinlər bundan sonra da Ümummilli Liderimizin siyasətinə sadiq qalacaq, müstəqil dövlətimizin daha da inkişaf etdirilməsində səylərini əsirgəməyəcəklər.

* * *

Quruculuq tədbirləri çərçivəsində Axura kənd avtomobil yolunun 2,7 kilometrinə yeni asfalt örtük salınıb, əsaslı təmir işləri aparılıb. Yol boyu 266 metr uzunluğunda beton kanal çəkilib, 2 körpü əsaslı, 1 körpü isə cari təmir olunub, 16 su keçidi tikilib. Kəndin enerji təchizatı da təkmilləşdirilib, qazelektrik xətləri yenilənib, müasir rabitə sistemi qurulub, fiberoptik xətt çəkilib.

 

Sosial qayğıya ehtiyacı olan Axura kənd sakini üçün fərdi ev tikilib

 

Naxçıvan Muxtar Respublikasında qayğıya ehtiyacı olan vətəndaşlarımıza göstərilən xidmətlərin səviyyəsi ilbəil yüksəldilir, onların sosial-məişət şəraiti yaxşılaşdırılır. Kəndlərdə aparılan quruculuq işləri zamanı da bu məsələ diqqət mərkəzində saxlanılır.

Bu istiqamətdə görülən işlərin davamı olaraq Şərur rayonunun Axura kənd sakini, ahıl vətəndaş Quba Abbasova üçün fərdi yaşayış evi tikilib.

Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fərdi yaşayış evində yaradılan şəraitlə tanış olub, sakin Quba Abbasovanın səhhəti və yaşayışı ilə maraqlanıb, ona cansağlığı və firavan həyat arzulayıb.

Quba Abbasova göstərilən qayğıya görə minnətdarlıq edib.

İki otaqdan və mətbəxdən ibarət olan mənzildə lazımi kommunal şərait yaradılıb, məişət avadanlıqları qoyulub. Fərdi evin həyəti də abadlaşdırılıb, içməli su xətti çəkilib.

 

Azərbaycan. - 2014.- 18 oktyabr.- S.7.