Almaniyanın nüfuzlu Focus.de xəbər portalında “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimat mərasimi haqqında material dərc olunub

 

Almaniyanın nüfuzlu “Focus.de” xəbər portalında Berlin şəhərindəki məşhur mədəniyyət mərkəzlərindən olan Bode muzeyində keçirilmiş “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimat mərasimi haqqında material yerləşdirilib.

Məqalədə deyilir ki, təqdimat Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə reallaşdırılıb.

Materialda, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sədri olduğu birinci Avropa Oyunları Təşkilat Komitəsinin fəaliyyətindən bəhs edilib.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, ölkəmizin Almaniyadakı səfiri Pərviz Şahbazov, Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə dostluq qrupunun sədri Karin Ştrents, Almaniya Olimpiya Komitəsinin prezidenti Alfons Hörmanın çıxışları da məqalədə yer alıb.

Eyni zamanda, Azad Rəhimovun Azərbaycanın sürətli inkişafı, idmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətlər, ölkəmizin bir sıra yüksək səviyyəli beynəlxalq yarışlara ev sahibliyi etməsi barədə söylədiyi fikirlər də məqalədə öz əksini tapıb.

Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür:

 

(http://www.focus.de/kultur/vermischtes/katarina-witt-euro-olympia-dinner-mit-kati-witt-claudia-pechstein-co_id_4201762.html).

 

Vüqar Seyidov

AzərTAc-ın xüsusi müxbiri

Berlin

 

Azərbaycan. - 2014.- 18 oktyabr.-  S.10.