N.Ə.İsmayılovun «Şöhrət» ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında ərazilərin minalardan təmizlənməsi işinin təşkilində xidmətlərinə görə Nazim Ələkbər oğlu İsmayılov "Şöhrət" ordeni ilə təltif edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 20 oktyabr 2014-cü il

Azərbaycan.-2014.- 21 oktyabr.- S.2.