Azərbaycan Prezidenti İlham Əliyev Litvanın xarici

işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Litva Respublikasının xarici işlər naziri Linas Linkeviçiusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan-Litva münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olundu, ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, ticarət, təhsil və digər sahələrdə əməkdaşlıq imkanlarını genişləndirmək ətrafında fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.-2014.- 22 oktyabr.- S.1.