«Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan

 Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

"Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 8, maddə 520; 2004, ¹ 5, maddə 314; 2005, ¹ 2, maddə 62; 2006, ¹ 6, maddə 486, ¹ 8, maddə 657, ¹ 11, maddə 923; 2007, ¹ 11, maddə 1082; 2008, ¹ 5, maddə 348, ¹ 6, maddə 462, ¹ 11, maddə 958, ¹ 12, maddə 1048; 2011, ¹ 12, maddə 1077; 2012, ¹ 6, maddə 507) 9.1-ci maddəsində "torpağın ayrılması" sözlərindən sonra ", habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi" sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 30 sentyabr 2014-cü il

Azərbaycan.-2014.- 22 oktyabr.- S.1.