Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Şirvan şəhərində vətəndaşları qəbul edib

 

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə əsasən mərkəzi icra hakimiyyətin rəhbərlər bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərini müsbət həll olunması üçün müvafiq tədbirlər görürlər.

AzərTAc xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı oktyabrın 21-də Şirvan şəhərində Hacıqabul, Sabirabad, Şirvan, Saatlı, SalyanNeftçala rayonlarından olan vətəndaşları qəbul edib. Qəbul zamanı həmin rayonların axundları, din xadimləri və sakinlər dini icmaların qeydiyyatı, yas mərasimlərin keçirilməsi qaydaları, məscidlərin təminatı və digər məsələlərlə bağlı komitə sədrinə müraciət ediblər.

Komitə sədri M.Qurbanlı hər bir müraciətin diqqətlə araşdırılması və qaldırılan məsələləri qanunvericiliyin tələblərinə uyğun həll olunması barədə müvafiq tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

 

Azərbaycan. - 2014.- 22 oktyabr.-  S.5.