Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə»də dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli 823 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 12, maddə 718; 2007, ¹ 5, maddə 460, ¹ 11, maddə 1117; 2008, ¹ 6, maddələr 496, 497; 2009, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83, ¹ 3, maddə 182; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 11, maddə 1115) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 17.18-1-ci bənd əlavə edilsin:

"17.18-1. Azərbaycan Respublikasının Prezidenti tərəfindən səlahiyyət verildiyi halda, medallarla təltif edir;".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 20 oktyabr 2014-cü il

Azərbaycan.-2014.- 24 oktyabr.-  S.1.