Azərbaycan-Gürcüstan münasibətləri müstəvisində mənəvi əlaqələrə dair fikir mübadiləsi aparılıb

 

Oktyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze ilə görüşündə ölkələrimiz arasında münasibətlər müstəvisində mənəvi əlaqələrə dair fikir mübadiləsi aparılıb.

Komitədən AzərTAc-a bildiriblər ki, söhbət zamanı Azərbaycanın və Gürcüstanın qonşu, dostqardaş ölkələr olduğu bildirildi, siyasi, iqtisadihumanitar sahələrdə əlaqələrin daha da inkişafının önəmi vurğulandı.

Səfir T. Şaraşenidze ölkələrimiz arasında dini-mənəvi sahədə mövcud əlaqələrin daha da möhkəmlənməsi və dərinləşməsi üçün əlindən gələni əsirgəməyəcəyini söylədi.

 

Azərbaycan. - 2014.- 25 oktyabr.-  S.4.