Azərbaycanın gənclər və idman naziri BMT baş katibi ilə görüşüb
Azərbaycan
Respublikasının gənclər və idman naziri Azad Rəhimovun
rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-a rəsmi
səfəri çərçivəsində BMT-nin baş
katibi Pan Gi Mun ilə görüşüb.
Görüşdə
oktyabrın 28-30-da Bakıda keçiriləcək Gənclər
Siyasəti üzrə I Qlobal Foruma son hazırlıq işləri
müzakirə edilib. Nazir Forumun keçirilməsində
göstərdiyi dəstəyə görə BMT baş katibinə
təşəkkürünü bildirib. A.Rəhimov, həmçinin
ölkəmizdə həyata keçirilən gənclər və
idman siyasəti, bu sahələrdə əldə olunan
uğurlar və gələcək planlarla bağlı ətraflı
məlumat verib.
Gənclər
və İdman Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildiriblər ki, A.Rəhimov 2015-ci ildə Bakıda
keçiriləcək ilk Avropa Oyunları və bu mötəbər
tədbirə hazırlıq işləri haqqında Pan Gi Muna
məlumat verib. O, Oyunların Avropa qitəsində ilk dəfə
keçirilməsinin əhəmiyyətini vurğulayıb.
BMT
baş katibi Prezident İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycanda həyata keçirilən uğurlu siyasəti
yüksək qiymətləndirib, reallaşdırılan tədbirlərin
respublikamızın inkişafına yönəldiyini qeyd edib.
Azərbaycanın mühüm geostrateji mövqedə yerləşdiyini,
regionda önəmli rol oynadığını vurğulayan
Pan Gi Mun ölkəmizdə bir çox mövzular üzrə
beynəlxalq tədbirlərin keçirilməsini də
müsbət qiymətləndirib.
Pan Gi Mun salamlarının Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə
çatdırılmasını xahiş edib.
Azərbaycan.-2014.- 28 oktyabr.- S. 3.