Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik

 edilməsi barədə Azərbaycan Respublikası

 Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 5/33

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 22.1-ci, 22.3.1-ci, 28.2-ci, 28.4-cü və 30-cu maddələrinə uyğun olaraq qərara alır:

1. Şükran Səttar oğlu Maqsudov 120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü vəzifəsindən vaxtından əvvəl azad edilsin.

2. Telman Qəhrəman oğlu Quliyev 37 saylı Nizami birinci (Gəncə), Mətanət Vaqif qızı Duraxanova 55 saylı Xaçmaz şəhər, Bəhruz Famil oğlu Əmirov 80 saylı İmişli - Beyləqan, Məzahir Hümbət oğlu Süleymanov 104 saylı Gədəbəy - Tovuz, Seymur Şirvan oğlu Əliyev 120 saylı Cəbrayıl - Qubadlı seçki dairəsi dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü təyin edilsinlər.

 

Sədr              Məzahir Pənahov

Katib             Arifə Muxtarova

Katib             Mikayıl Rəhimov

 

Azərbaycan.-2014.- 28 oktyabr.- S. 6.