Azərbaycanın iki filmi İpək Yolu Beynəlxalq

film festivalının mükafatına layiq görülüb

 

Çin Xalq Respublikasının tarixi Sian şəhərində birinci Beynəlxalq İpək Yolu film Festivalı keçirilib. Azərbaycan istehsalı olan iki film festivalın mükafatına layiq görülüb.

Qədim İpək Yolu üzərində yerləşən ölkələr arasında mədəni əlaqələri genişləndirmək, xüsusən də kino istehsalı sahəsində əlaqələri dərinləşdirmək məqsədi daşıyan festivala 25 ölkədən 147 film təqdim olunub. Festival çərçivəsində film sənayesi sərgisi, müxtəlif forumlar təşkil edilib, filmlərə baxış olub.

Azərbaycandan festivala iki film təqdim olunub: bunlar “Axınla aşağı” və “Mayak” bədii filmləridir. Siandakı “Cinşa” kinoteatrında Azərbaycan filmlərinə baxış olub. Baxışdan əvvəl çıxış edənlər bilirdilər ki, bu cür tədbirlər ölkələr arasında mədəni əlaqələrin genişlənməsinə töhfə verməklə yanaşı, müvafiq sahədə birgə əməkdaşlıq üçün yeni imkanlar açır.

Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov ölkəmizin kino tarixi barədə məlumat verdi. Bildirdi ki, Azərbaycan ilə Çin arasında mədəni əlaqələrin möhkəmlənməsi xalqlarımızın bir-birini daha yaxından tanımasına kömək edəcəkdir.

SonraAxınla aşağıfilminin nümayişi olub. Quruluşçu rejissoru Asif Rüstəmov olan film Cəfər Cabbarlı adınaAzərbaycanfilmKinostudiyasının istehsalıdır. Psixoloji ailə dramı olan filmdə əsas hadisələr MingəçevirdəkiKürOlimpiya Tədris-İdman Mərkəzində cərəyan edir. İdman məşqçisinin ailəsində baş verən faciə nəticəsində filmin qəhrəmanı onu əhatə edən insanlara, ümumiyyətlə, həyata yeni nəzərlə baxmağa başlayır.

Azərbaycan Dövlət Film Fondunun direktoru Rasim Salmanov tamaşaçıların film haqqındakı suallarını cavablandırıb.

Festivala təqdim olunan digər filmimiz - “Mayakisə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin məzunu Fariz Əhmədovun diplom işidir. Mədəniyyət Turizm Nazirliyinin “Bu meydan, bu ekran-2011” müsabiqəsinin qalib kinolayihələrindən olanMayakdramında mövzu ata-oğul münasibətidir.

Qeyd edək ki, münsiflər heyətinin qərarı iləAxınla aşağıMayakfilmləri festivalın mükafatına layiq görülüb.

Mükafatlandırma mərasimində dünya kino sənayesinin tanınmış simaları, Çin mərkəzi yerli hökumətinin rəhbər şəxsləri, aktyorlar iştirak edib. Mərasimdə mükafatlar təqdim edilib qədim İpək Yolu üzərində yerləşən ölkələrin kino sahəsində əməkdaşlığına dair birgə bəyannamə qəbul olunub.

 

Şahin Cəfərov

AzərTAc-ın xüsusi müxbiri

Sian

Azərbaycan.-2014.- 28 oktyabr.- S. 8.