Ekologiya və təbii sərvətlər naziri Göyçayda bölgə vətəndaşlarının müraciətlərini, şikayət və təkliflərini dinləyib

 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

AzərTAc xəbər verir ki, qəbullar zamanı vətəndaşların müraciətləri dinlənilir, qaldırılan məsələlərin və təkliflərin operativ həlli üçün müvafiq tədbirlər görülür. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin oktyabr ayında şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq, oktyabrın 24-də ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Göyçayda vətəndaşları qəbul edib. Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Göyçay, Ucar və Kürdəmir rayon sakinləri iştirak edib. Nazirliyin idarə, departamenttabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 50-yə yaxın vətəndaşın müraciətinə baxılıb.

Müraciətlər əsasən ətraf mühitinekoloji tarazlığın mühafizəsi, yaşıllıqların və meşə zolaqlarının qorunması, biomüxtəliflik, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı olub. Qəbul zamanı H.Bağırov vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verib. Bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi elə yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə operativ şəkildə araşdırılması üçün nəzarətə götürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyət dairəsinə aid olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

 

Azərbaycan. - 2014.- 25 oktyabr.- S.5.