Azərbaycan ilə Norveç arasında elmi əlaqələr genişlənir

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin Norveç Krallığının ölkəmizdəki səfiri Baard İvar Svendsen və “Statoil” şirkətinin prezidenti Helge Lundu ilə görüşü olub.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAc-a bildiriblər ki, görüşdə akademik A.Əlizadə respublikamızda elmin inkişafına xüsusi önəm verildiyini vurğulayıb. Qeyd edilib ki, ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycan elmi AvropaAmerika qitələrində də tanınmağa başlayıb. Bu, Norveçlə elmi əlaqələrin inkişafına da şərait yaradıb. Əlaqələrin inkişafında AMEA-nın GeologiyaGeofizika İnstitutu (GGİ) ilə “Statoil” şirkəti arasında əməkdaşlıq xüsusi rol oynayır. Neft geologiyasının tədqiqinə yönəlmiş bu əməkdaşlıq çərçivəsində mühüm tədqiqatlar aparılıb və səmərəli nəticələr əldə edilib. Hazırda əlaqələrin daha da genişləndirilməsi böyük əhəmiyyət kəsb edir.

H.LunduStatoil” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyətində, xüsusən də Abşerondakı tədqiqatlarda GGİ-nin böyük rol oynadığını vurğulayıb. “Azəri-Çıraq, Günəşli”dən sonra yeni neft yataqlarının tapılmasının vacibliyini qeyd edən qonaq rəhbəri olduğu şirkətin son vaxtlar diqqəti bu istiqamətə yönəltdiyini söyləyib. Vurğulanıb ki, “Statoil” Azərbaycanın bir sıra ali təhsil ocaqları ilə də əməkdaşlıq edir.

H.Lundu gələcəkdə elmtexnologiya sahəsində birgə innovativ tədqiqatların inkişafı üçün təkliflər formalaşdırmağın məqsədəuyğunluğunu diqqətə çatdırıb.

Səfir Baard İvar Svendsen öz ölkəsi ilə Azərbaycan arasındakı mövcud elmi əlaqələrin əhəmiyyətindən danışıb və bu əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb.

Səfir, eyni zamanda, “Statoilin respublikamızdakı fəaliyyətindən, yerli şirkətlərlə əməkdaşlığından məmnun qaldığını diqqətə çatdırıb.

Görüşdə Azərbaycan elminin dünyaya inteqrasiyasından və AMEA-da magistratura təhsilinin təşkilindən də bəhs olunub. Qeyd edilib ki, AMEA gənc kadr hazırlığı sahəsində beynəlxalq təcrübənin tətbiqini genişləndirməkdədir.

Azərbaycanlı gənc alim və mütəxəssislərin Norveçdə doktorantura və ixtisasartırma təhsili alması barədə təklif razılıqla qarşılanıb.

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev GGİ-nin qərb ölkələrinə məxsus neft şirkətləri ilə geniş əməkdaşlıq etdiyini və “Statoilin bu sırada ilk yerlərdə olduğunu vurğulayıb.

Akademik A.Əlizadə norveçli nümayəndələri ölkəmizdə ilk dəfə noyabr ayında keçiriləcək “Bakı Elm Festivalı-2014”-ə dəvət edib.

Qonaqlar AMEA rəhbərliyini əməkdaşlıq çərçivəsində Norveçdə görmək istəklərini ifadə ediblər.

 

Azərbaycan. - 2014.- 29 oktyabr.- S.3.