Bakıda Gənclər siyasəti üzrə birinci Qlobal Forum keçirilir

 

Oktyabrın 28-də Bakıda Gənclər siyasəti üzrə birinci Qlobal Forum işə başlayıb.

AzərTAc xəbər verir ki, tədbirin açılışında BMT-nin baş katibinin gənclər siyasəti üzrə elçisiƏhməd Əlhəndavi gənclər siyasətinin inkişafı ilə bağlı keçirilən bu tədbirdə nazirlərin, ekspertlərin, lider gənclərin iştirak etdiyinibunun mövzunun müzakirəsində aparıcı rol oynayacağını bildirdi.

Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxudu.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov qeyd etdi ki, gənclər siyasəti bir çox ölkələrin dövlət siyasətinin aparıcı istiqamətlərindən biridir. Azərbaycanda gənclərlə bağlı proqramların qəbul edildiyini deyən nazir Prezident İlham Əliyevin tapşırığı ilə ölkədə insan kapitalının inkişafına önəm verildiyini vurğuladı. Nazir qeyd etdi ki, әhalisinin 50 faizinin yaşının 29-dan aşağı olduğu Azәrbaycan qlobal gәnclәr siyasәtini daim dәstәklәyir. O bildirdi ki, Azərbaycanda gənclər çoxluq təşkil edir və onların liderlik bacarıqlarının inkişafı üçün şərait yaradılır. Nazir Forumun gənclər siyasətinin inkişafı üçün beynəlxalq proqramın müzakirəsinə də yaxşı imkanlar yaratdığını dedi.

Forum iştirakçılarına videomüraciətində BMT-nin baş katibi Pan Gi Mun gənclər siyasəti üzrə birinci Qlobal Foruma ev sahibliyi etməsinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirdi. “Gənclərin maraqları naminə fəaliyyət üzrə Dünya Proqramının 20 illiyi ərəfəsində bu Forumun keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu, çox vacib məsələdir. Gənclər gələcəyin liderləridir və onların inkişafına xüsusi diqqət yetirmək lazımdır. BMT sizinlə işləməyə hazırdır”, - deyə baş katib qeyd etdi.

BMT baş katibinin köməkçisi Maqdi Martinez-Soliman Gənclərin maraqları naminə fəaliyyət üzrə Dünya Proqramının gənclər siyasətinin hazırlanması ilə bağlı ölkələrə müraciət olunduğunu dedi. O vurğuladı ki, dünya ölkələrinin dövlət büdcələrində və BMT-nin büdcəsində gənclər siyasətinin maliyyələşdirilməsi məsələsi əks olunmalıdır. Maqdi Martinez-Soliman bu sahədə Azərbaycandakı vəziyyətdən danışdı. O dedi: “Azərbaycan fəal şəkildə gənclər siyasəti proqramlarına qoşulur. Ölkədə yoxsulluq azalır, sosial sahəyə sərmayələr yatırılır, yerləri açılır. Bu, ölkə siyasətinin nəticəsidir. Azərbaycan təbii resurslarından əldə etdiyi gəlirləri insan kapitalının inkişafına yönəldir”.

UNESCO-nun sosialhumanitar elmlər üzrə baş direktorunun köməkçisi Lalla Aişa Ben Barka Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirdi. O, bu sahədə UNESCO-nun təcrübəsindən danışdı, gənclərə bacarıqlarının artırılması üçün şəraitin yaradılmasının zəruriliyini vurğuladı.

Avropa Şurasının demokratiya üzrə baş direktoru Snejana Markoviç ilk dəfə keçirilən Forumun önəmini qeyd edərək Azərbaycan hökumətinə təşəkkür etdi. O dedi ki, gənclər siyasəti idarəçiliyin əsasında durur. Bu siyasətə dəstək olmağın, onu maliyyələşdirməyin zəruriliyini qeyd edən Avropa Şurasının rəsmisi Avropa İttifaqında gənclər siyasətinin həyata keçirilməsindən bəhs etdi.

Qlobal gənclər səfiri Bəşər Hobbi və gənclər hərəkatının nümayəndəsi Greyt Rios dünya gəncləri üçün xüsusi əhəmiyyəti olan Gənclər siyasəti üzrə 1-ci Qlobal Forumun yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırdılar, tədbirdə müasir dünyanı düşündürən məsələlərin müzakirə olunacağını bildirdilər.

Qlobal Forumda 80-dən çox ölkədən 700-dən artıq nümayəndə iştirak edir. BMT-nin baş katibi Pan Gi Munun təşəbbüsü ilə keçirilən Forumun məqsədi gənclər siyasəti üzrə yeni istiqamətlərin, 2015-ci ildə görüləcək işlərin müəyyənləşdirilməsi, gənclər siyasəti üzrə müxtəlif ölkələrlə təcrübə mübadiləsinin aparılması və bu sahədə əhəmiyyətli mövzuların müzakirə olunmasıdır.

Forumda gənclər siyasəti üzrə yeni prinsipləri müəyyən edən sənədin hazırlanması gözlənilir.

Qlobal Forum işini plenar iclasla davam etdirib.

 

AzərTAc

 

Azərbaycan. - 2014.- 29 oktyabr.- S.4.