Gənclər Siyasəti üzrə birinci Qlobal Foruma həsr edilmiş poçt markası buraxılıb

 

Bakıda Gənclər siyasəti üzrə I Qlobal Forumu keçirilir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AzərTAc-a bildirilib ki, “Azərmarka” şirkəti bu mühüm tədbirə həsr olunmuş poçt markası çap etdirib. Nəfis dizaynda hazırlanmış markanın nominal dəyəri 60 qəpikdir.

Oktyabrın 30-dək davam edəcək forumda gənclər siyasəti üzrə yeni istiqamətlər araşdırılır, bu sahədə təcrübə mübadiləsi aparılır, aktual əhəmiyyət kəsb edən digər məsələlər müzakirə olunur.

 

Azərbaycan. - 2014.- 29 oktyabr.- S.4.