Boliviya Çoxmillətli Dövlətinin Prezidenti Zati-aliləri cənab Evo Morales Aymaya

 

Hörmətli cənab Prezident,

Boliviya Çoxmillətli Dövlətinin Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Boliviya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.

Sizə ən xoş arzularımı yetirir, dost Boliviya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 29 oktyabr 2014-cü il.

 

Azərbaycan.- 2014.- 30 oktyabr.- S. 2.