Gənclər siyasəti üzrə birinci qlobal forum plenar iclaslasessiyalarla işini davam etdirib

 

Rəsmi açılış mərasimindən sonra Gənclər siyasəti üzrə birinci qlobal forum işini plenar iclasla və sessiyalarla davam etdirib.

Müasir gənclər siyasətinin əsas tərkib hissələri: Ümumi məxrəclərin tədqiqatı” mövzusunda keçirilən iclasda gənclərin üzləşdikləri problemlərin həlli yolları, cəmiyyətin ictimai-siyasi həyatında onların fəallıqlarının artırılması ilə bağlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Avropa Şurasının eksperti, Cənubi Uels Universitetinin professoru Hovard Vilyamson çıxış edərək gənclərin innovativ proseslərdə iştirakı, xüsusilə onların müasir informasiya-kommunikasiya texnologiyaları ilə işləmək bacarığı məsələlərindən danışdı. Ayrı-ayrı ölkələrin gəncləri arasında təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətini qeyd edən H.Vilyamson onların inkişafına, öz potensiallarını üzə çıxarmağa kömək edən milli proqramların həyata keçirilməsinin önəmini vurğuladı.

Zambiyanın Gənclər və İdman Nazirliyinin nümayəndəsi Maşuka Kakua ölkəsində həyata keçirilən gənclər siyasəti, gənclərin problemlərinin həlli, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakı istiqamətində görülən işlərdən söhbət açdı.

Meksika Gənclər İnstitutunun baş direktorunun müavini Berenika Alkalde Kastro milli institutların gənclərin problemlərinin həllində, onların təşkilatlanmasında, müxtəlif layihələrin həyata keçirilməsində oynadığı rol barədə danışdı.

Tunisin gənclər və idman üzrə sabiq dövlət katibi, müstəqil gənclər siyasəti üzrə ekspert Fethi Tuzri son illər ölkəsində baş verən hadisələrin bir çox sahələrdə problemlər yaratdığını, bu problemlərdən gənclərin də əziyyət çəkdiklərini bildirdi. O, hazırda bu çətinliklərin aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlər haqqında məlumat verdi.

ABŞ-ın Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin gənclər, inkişaf və təhlükəsizlik təşəbbüsləri bölməsinin rəhbəri Nikol Qoldin gənclərə qayğı göstərilməsi, cəmiyyətdə onların təşəbbüskarlıqlarının artırılması ilə bağlı məsələlərə dövlət tərəfindən daha çox diqqət yetirilməsinin önəmli olduğunu bildirdi.

Sakit Okean ölkələri Gənclər Şurasının əlaqələndiricisi Tarusila Bradburq müxtəlif ölkələrlə gənclər siyasəti üzrə təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətindən söhbət açdı.

Afrikanın Gənclər Siyasəti üzrə Araşdırmalar Mərkəzinin nümayəndəsi Lorens Ndambuki Muligənclərin daha çox yaradıcı işlərə cəlb olunmalarının təşviqi, onların ictimai-siyasi fəallıqlarının artırılması istiqamətində müxtəlif proqramların həyata keçirilməsinin zəruriliyini qeyd etdi.

Forum müxtəlif mövzular üzrə sessiyalarla işini davam etdirib.

 

X X X

 

Siyasi analitik Kristina Bakalsonun və gənclər siyasəti üzrə proqramın direktoru Con Muirinmoderatorluğu ilə keçən birinci sessiyada “Hüquq çərçivəsi və alətlər” mövzusu müzakirə olundu. Bu sessiyada qanunvericilik üzrə ölkələrdə həyata keçirilən gənclər siyasəti ilə bağlı fikirlər səsləndirildi.

Çexiyanın Təhsil, Gənclər və İdman Nazirliyinin gənclər departamentinin direktoru Jdenka Maskova, BMT-nin Əhali Fondunun ekspertlər komissiyasının nümayəndəsi Daniel Sallivan, Afrika təmsilçisi Bryus Ntatenza çıxışlarında gənclərin ictimai-siyasi həyatda oynadıqları roldan, onların təhsil, sağlamlıq, məşğulluğunun qanunvericiliklə tənzimlənməsindən söhbət açdılar. Çıxış edənlər təmsil etdikləri ölkələrdə bu sahədə qazanılmış təcrübədən danışdılar.

Bildirildi ki, müasir dövrdə gənclər cəmiyyətin aparıcı qüvvəsinə çevriliblər. Gənclərin sosial-iqtisadi durumunun yaxşılaşmasına, onların həyatın bütün sahələrində fəallığının artırılmasına yönəlmiş Dövlət proqramlarının həyata keçirilməsi hazırda mühüm aktuallıq kəsb edir.

Tədbirdə Azərbaycanın bu sahədəki təcrübəsindən də söhbət açıldı. Diqqətə çatdırıldı ki, Azərbaycan gənclər sahəsində bir çox nailiyyətlər əldə edib. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində fəal iştirakı ilə seçilir.

Forumun gənclərin cəmiyyətə və dünya gənclər təşkilatlarına inteqrasiyası, sektorlar üzrə fəaliyyəti məsələlərinin müzakirə olunduğu sessiyası UNESCO-nun gənclərin inkişafı üzrə mütəxəssisi Mariya Kipriotonun moderatorluğu ilə keçirildi.

Bu sessiyada Meksika Gənclər İnstitutunun baş direktorunun müavini Berenika Alkalde Kastro, Avropa Şurasının Gənclər üzrə Məsləhət Şurasının təmsilçisi Kristian Sorensen, Avstraliyanın Melburn Kral Universitetinin nümayəndəsi Keti Edvards, Keniya İnkişaf və Planlaşdırma Nazirliyinin əməkdaşı Mangiti Peter Oqanqa çıxış etdilər. Çıxışlarda ayrı-ayrı ölkələrdə gənclər üçün yaradılan şəraitdən, onların dövlət qurumlarında iştirakından, müxtəlif sektorlarda fəaliyyətlərindən, gənclərin inkişaf perspektivlərindən danışıldı.

Avropa Şurasının gənclər departamentinin gənclər siyasəti şöbəsinin müdiri Andre-Jak Dodinin moderatorluğu ilə keçirilən digər sessiyada monitorinq və qiymətləndirmə sistemlərinin qurulması məsələləri müzakirə olundu.

Sessiyada gənclərlə üzrə mütəxəssis Katrin Ellis, Rusiyanın Gənclərlə İş üzrə Federal Agentliyinin rəhbəri Sergey Pospelov, BMT-nin uşaqlar və gənclər üzrə əsas qrupunun üzvüAaşiş Xullar, Bruneyin gənclər şurasının üzvü Xayrunissa Aşari çıxış etdilər.

Siyasi öhdəliklər və resursların səfərbərliyi məsələlərinə həsr olunan növbəti sessiyada isə Gürcüstanın idman və gənclərlə naziri Levan Kipiani, Surinamın idman və gənclərlə naziriAdna Bambanq İsmanto Prijo Atminoto, Qambiyanın gənclər və idman naziri Aliyu K. Cammeh, Qərbi Ontario Universitetinin professoru Ceyms Kot gənclər üçün yaradılan imkanlardan, onların bu imkanlardan necə yararlanmalarından söhbət açdılar, təmsil etdikləri ölkələrin təcrübəsi haqqında məlumat verdilər. Çıxışlarda Azərbaycan dövlətinin gənclər siyasətində müsbət təcrübəsi xüsusilə vurğulandı.

Müzakirələrdə gənclər siyasətinin təkcə dövlət deyil, özəl sektor, müxtəlif fondlar, donor təşkilatları tərəfindən dəstəklənməsinə dair fikirlər səsləndirildi.

BMT-nin İnkişaf Proqramının gənclər siyasəti üzrə mütəxəssisi Noella Riçardın moderatorluğu ilə keçirilən sessiyada Albaniyanın sosial rifah və gənclər naziri Erion Veliaj, Beynəlxalq Parlament İttifaqının gənc parlamentarilər forumunun prezidenti Faisal Al Tenaiji, Mərakeşin vətəndaş cəmiyyəti və gənclər siyasəti üzrə mütəxəssisi Karima Ranem, “Fuerza Ciudadana” təşkilatının direktoru Qloria Alkoser Olmos və digərləri gənclərin öz bilik və bacarıqlarının, təbii potensialının səmərəli şəkildə reallaşdırılmasını, cəmiyyətdə layiqli yer tutmalarını təmin edən şəraitin yaradılması məqsədilə dövlət tərəfindən müəyyən edilmiş prioritetlərin vacibliyindən danışdılar.

Gənclər siyasəti üzrə daimi hüquqi bazanın dəstəklənməsi məsələlərinə həsr olunan sessiya ictimaiyyət və gənclər siyasəti üzrə tədqiqatçı Aleks FarrouAvropa Şurası ilə Avropa Komissiyası arasında gənclər sahəsində tərəfdaşlıq üzrə əlaqələndirici Marta Medlinskayanınmoderatorluğu ilə keçirildi.

Filippinin gənclər üzrə milli komissarı Persivala Sendanya, Avropa Şurasının Gənclər üzrə Avropa Tədqiqat Qrupunun nümayəndəsi Manfred Sentner, Perunun Gənclər Təşkilatının katibi Rene Açauanço və digərləri mövzu ətrafında fikirlərini bildirdilər.

 

AzərTAc

 

Azərbaycan.- 2014.- 30 oktyabr.- S. 3.