«Büdcə sistemi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1005-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

"Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 10, maddə 605; 2004, ¹ 12, maddə 1014; 2009, ¹ 7, maddə 527; 2010, ¹ 2, maddə 77; 2014,

¹ 8, maddə 974) 2-ci hissəsinin beşinci abzasında "və 19.6-cı" sözləri ", 19.6-cı və 32.2.2-ci (üçüncü halda)" sözləri ilə əvəz edilsin və altıncı abzasına "27.5-ci (birinci halda)," sözlərindən sonra "32.2.2-ci (birinciikinci hallarda)," sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 30 oktyabr 2014-cü il

Azərbaycan.-2014.- 31 oktyabr.-  S.1.