Qəbələnin sorağı ölkə hüdudlarını aşır

 

Regionların sosial-iqtisadi inkişafı III Dövlət Proqramı

 

Qəbələ Beynəlxalq Aeroportu fəaliyyətə başlayandan bu qədim diyarın qələbəlik günləri daha da artıb. İlboyu Qəbələdə beynəlxalq tədbirlərin keçirilməsi bir daha sübut edir ki, ölkənin sosial-iqtisadi inkişafı paytaxt Bakı ilə yanaşı, bölgələri də əsaslı şəkildə əhatə edir. Qəbələnin son illərdəki sürətli inkişafı isə bir rayon miqyasında məhdudlaşmır, regionun sosial-iqtisadi infrastrukturunun formalaşmasında  da əhəmiyyətli rol oynayır.

Qəbələnin özəlliklərindən biri də mədəniyyət və turizm mərkəzi kimi tanınmasıdır. Bu uğuru son illərin reallığı adlandıran Prezident İlham Əliyev demişdir: "Bu gün Qəbələ ölkəmizin mədəniyyət və turizm mərkəzlərindən birinə çevrilibdir. Bakıdan, digər yerlərdən, digər şəhərlərdən, başqa ölkələrdən buraya gələnlərin sayı getdikcə artır. Turizmin inkişafı gələcəkdə yəqin ki, Qəbələ rayonunun iqtisadi inkişafının müəyyən faizini öz üzərinə götürəcəkdir. Bu, elə bir sahədir ki, bu sahə daim inkişafda olur yerlərinin yaradılmasına kömək, eyni zamanda rayonun inkişafına və ölkəmizin dünyada tanınmasına xidmət göstərir".

Qəbələdə abadlıq, tikinti-quruculuq işlərinin miqyası çox genişdir. Bütün bu tədbirlərin həyata keçirilməsi isə rayonun simasını dəyişməklə yanaşı, turizm potensialını  da artırır. Qəbələdə 14 mədəniyyət evi, 22 klub, Heydər Əliyev Mərkəzi, incəsənət məktəbi, dövlət rəsm qalereyası, tarix-diyarşünaslıq muzeyi, mərkəzləşdirilmiş kitabxana sistemionun 26 filialı, tarix-bədii qoruğu fəaliyyət göstərir. Çoxlu sayda tarixi abidələr, maddi mədəniyyət nümunələri Qəbələnin tarixinin min illər əvvələ gedib çıxdığını göstərir. Vacib amillərdən biriodur ki, burada yay və qış turizmi üçün hər cür şərait yaradılıb. Dağlarda xizək sürmək və digər qış idman növləri ilə məşğul olmaq üçün "Tufandağ" Qış-Yay Turizm İstirahət Kompleksi turistlərə xidmət edir. Üç, dörd, beşulduzlu hotellər, istirahət mərkəzləri də qonaqları yüksək səviyyədə qarşılamaq iqtidarındadır.

Rayon sakinləri bu gün Qəbələnin öz qədim və tarixi görkəmini saxlamaqla müasirləşməsini, inkişaf etməsini Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin tərkib hissəsi sayırlar və buna görə dövlət başçısına minnətdarlıqlarını bildirirlər. Son 11 ildə Prezident İlham Əliyev 12 dəfə Qəbələyə səfər edibbu səfərlərin hər biri qəbələlilər üçün bayrama çevrilib.

Dövlət başçısı İlham Əliyev sentyabrın 22-də Qəbələyə səfəri çərçivəsində görüşlərini "Qafqaz Yengicə Termal və SPA" kompleksinin açılışından başlayıb. Qəbələnin Yengicə kəndi ərazisində yerləşən bu möhtəşəm kompleks 9 hektar sahəni əhatə edir. Altımərtəbəli hoteldə 61 nömrə qonaqlara xidmət üçündür. Xidmət personalı yüksək hazırlıqlı kadrlardan təşkil edilib. Burada müalicəvi suyunun olması, Naftalan nefti ilə müalicənin nəzərdə tutulması kompleksin əhəmiyyətini artıran amildir. Qəbələnin turizm potensialının inkişafı üçün bu hotelinçox böyük önəm daşıdığını vurğulayan Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə demişdir: "Qəbələdə beşulduzlu, dördulduzlu, üçulduzlu hotellər tikilir. Bu hotelin də xüsusiyyəti ondan ibarətdir ki, burada insanlar müalicəvi sulardan istifadə edəcəklər və əlbəttə ki, turistlərin axını daha da güclü olacaqdır. Qəbələ Beynəlxalq Aeroportunun tikintisindən sonra indi buraya xarici qonaqlar da gəlirlər, onların da sayı artır. Azərbaycan vətəndaşları burada istirahət edirlər. Çox gözəl, əlamətdar hadisələrdir. Çünki bunlar həm bölgənin, həm Qəbələ rayonunun, eyni zamanda, ölkəmizin inkişafına xidmət göstərir.

Bizim çox gözəl ölkəmiz, çox gözəl təbiətimiz, müxtəlif iqlimimiz, müxtəlif təbii zonalarımız, dağlarımız, çaylarımız, meşələrimiz var. Əlbəttə, biz bundan maksimum dərəcədə istifadə etməliyik ki, həm vətəndaşlar, həm də dövlət fayda götürsün".

Dövlət başçısı Qəbələyə səfəri zamanı Gilan Qida Şəhərciyi ilə tanış olub, Daxili Qoşunların "N" saylı hərbi hissəsində inşa olunan yeni şəhərciyin, Mirzəbəyli-Çuxur Qəbələ-Dizaxlı-Çarxana avtomobil yolunun və Qəbələ Arxeoloji Mərkəzinin açılışlarında da iştirak edib.

Səfər zamanı rayon ictimaiyyətinin nümayəndələri adından dövlət başçısını salamlamaq Qəbələ Ağsaqqallar Şurasının üzvü Qüdrət Səmədova nəsib olub. Qüdrət müəllim indi də həmin görüşün təəssüratı ilə yaşayır: - Möhtərəm dövlət başçısını salamlamaq, qarşısında bütün rayon ictimaiyyəti adından çıxış etmək çox məsuliyyətli və şərəflidir. Xoşbəxtəm ki, bu gözəl duyğular mənə də nəsib olub. Cənab Prezidentin diqqəti və qayğısı sayəsində Qəbələ də inkişaf edir, öz tarixiliyinikeçmişini qoruyub saxlayır, eyni zamanda müasir bir şəhər kimi beynəlxalq tədbirlərə ürəklə qucaq açır. Bu gün Qəbələdə çoxsaylı turizm obyektləri, müalicə ocaqları, iri sənaye müəssisələri, istehsal obyektləri, məktəblər, mədəniyyət evləri tikilir. Yollar çəkilir, küçələr salınır, yeni və yaraşıqlı evlər, binalar inşa edilir. Yeni yerləri açılır, insanların rifahı daha da yaxşılaşır. Bütün bunlar isə biz sakinləri fərəhləndirir, sevinirik ki, belə gözəl rayonda, gözəl bölgədə yaşayırıq. İnanırıq ki, ölkəmizin sosial-iqtisadi qüdrəti artdıqca bundan da gözəl günlər görəcəyik.

Şübhəsiz ki, istər yerli sakinlərin, istərsə də gələn qonaqların maraqlandığı məqamlardan biri də Qəbələnin tarixi keçmişi, onun öyrənilməsi, bugünkü və gələcək nəslə çatdırılmasıdır. Bu baxımdan Prezident İlham Əliyevin açılışını etdiyi Qəbələ Arxeoloji Mərkəzinin fəaliyyəti xüsusi əhəmiyyətə malikdir. Mərkəzin üçmərtəbəli binasında sərgi salonu, arxeoloji fond, bərpa laboratoriyası, konfrans zalı və arxeoloqların çalışdığı otaqlar, həmçinin Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun ofisi fəaliyyət göstərir.

Arxeoloji qazıntılar nəticəsində indiyədək əldə olunan 1500-ə yaxın eksponat sərgidə nümayiş etdirilir. Bu eksponatlar Arxeoloji Mərkəzin ən müasir texnologiyalara cavab verən laboratoriyalarında bərpa olunduqdan sonra nümayişə çıxarılır.

Bəli, qədim və müasir Qəbələ dövlətin yüksək qayğısı sayəsində inkişafının yeni dövrünü yaşayır, uğurlarının sorağı ölkə hüdudlarından kənara yayılır.

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2014.- 31 oktyabr.- S.9.