Bakı şəhərində «Gənclər siyasəti üzrə Birinci Qlobal Forum»unKompüter Oyunları üzrə VI Dünya Çempionatının keçirilməsi ilə bağlı tədbirlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2014-cü ilin oktyabr-noyabr aylarında Bakı şəhərində "Gənclər siyasəti üzrə Birinci Qlobal Forum"unKompüter Oyunları üzrə VI Dünya Çempionatının keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 2 sentyabr 2014-cü il

 

Azərbaycan. - 2014.- 3 sentyabr.- S.1.