Prezident Rəcəb Tayyib Ərdoğan: Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli böyük önəm daşıyır

 

Uelsin Nyuport şəhərində keçirilən NATO sammitində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Alyansın Azərbaycana verdiyi vədlərin yerinə yetirilməsinin vacib olduğunu qeyd edib.

AzərTAc Anadolu Agentliyinə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin böyük önəm daşıdığını vurğulayıb.

 

Azərbaycan.-2014.- 6 sentyabr.- S.2.