NATO sammitinin yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi Türkiyə mediasının diqqət mərkəzində

 

NATO-nun Uelsdə keçirilmiş sammitinin yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinin dəstəklənməsi məsələsi Türkiyə kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir.

Yerli ekspertlər hesab edirlər ki, Alyansın yekun sənədində Azərbaycanın ərazi bütövlüyünə dəstəyin ifadə olunması rəsmi Bakının düzgün xarici siyasətinin nəticəsidir.

Xatırladaq ki, bəyannamənin 30-cu maddəsində Alyansın tərəfdaşlıq etdiyi ölkələrin kənar təzyiqlərdən asılı olmadan müstəqil seçim, sərbəst xarici siyasət və müdafiə hüquqlarını dəstəkləməyə davam edəcəyi bildirilir.

 

Sabir Şahtaxtı

AzərTAc-ın xüsusi müxbiri

İstanbul

Azərbaycan.-2014.- 7 sentyabr.- S.1.