NATO Azərbaycanın ərazi bütövlüyü

 suverenliyini növbəti dəfə dəstəklədi

 

Prezident İlham ƏLİYEV: "Biz qətiyyətlə inanırıq ki, NATO-nun beynəlxalq hüququn bu cür mühüm hissəsinə sadiqliyi bundan sonra da davam edəcək"

 

Çoxqütblü inkişaf modelləri sırasından Qərb dəyərlərini seçən Azərbaycan beynəlxalq birliyin tamhüquqlu subyektinə çevrilmək, eyni zamanda hərbi-siyasi təhlükəsizliyinə təminatı gücləndirmək üçün bir sıra aparıcı beynəlxalq təşkilatlarla yanaşı, NATO ilə əməkdaşlığa da xüsusi önəm verir. Azərbaycan-NATO münasibətləri son illərdə qarşılıqlı maraqlar əsasında, uğurla inkişaf edir. Rəsmi Bakı alyansla münasibətlərini regionun geosiyasi özəlliklərini nəzərə almaqla inkişaf etdirmək, sülh və təhlükəsizliyin qorunması üçün hərbi-siyasi sahədə birgə proqramlar həyata keçirmək niyyətini açıq bildirir.

Xarici siyasətdə Avratlantik məkana inteqrasiya kursunu əsas götürən Azərbaycanın NATO ilə uğurlu əməkdaşlığı hərbi quruculuq məsələlərində də az əhəmiyyət daşımır. Azərbaycan ordusunda həyata keçirilən islahatlarda, hərbi hissələrin komplektləşdirilməsində NATO standartları əsas götürülür. Ölkəmizə səfər edən NATO rəsmiləri də keçirdikləri görüşlərdə Azərbaycan ordusunda aparılan islahatlardan razılıqlarını dəfələrlə bəyan ediblər. Bu, həm də Azərbaycan-NATO əməkdaşlığının perspektivləri barədə daha nikbin düşünməyə əsas verir.

1994-cü ildən təşkilatın "Sülh naminə tərəfdaşlıq" proqramında yaxından iştirak edən Azərbaycan bunun sayəsində NATO hərbi strukturları ilə əməkdaşlıq etmək, birgə təlimlər keçirmək, hərbi kadrlar hazırlanmasında blokun təcrübəsindən bəhrələnmək imkanları qazanmışdır. "SNT" proqramı və "Fərdi Əməkdaşlıq üzrə Fəaliyyət Proqramı" çərçivəsində əməkdaşlıq ölkəmizə NATO hərbi strukturları ilə əməkdaşlıq etmək, birgə təlimlər keçirmək, hərbi kadrların hazırlanmasında blokun təcrübəsindən bəhrələnmək imkanları yaratmışdır. Bu əməkdaşlıq strateji məzmun kəsb etməklə, regionun mühüm enerji layihələrinin təhlükəsiz gerçəkləşdirilməsinə də əsaslı təminat kimi nəzərdən keçirilir.

Antiterror koalisiyasının üzvü olan Azərbaycanın ordu birləşmələri NATO qoşunlarının tərkibində Kosovodaİraqda həyata keçirilən sülhyaratma missiyasında yaxından iştirak etmişlər. Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatlarında Azərbaycan hərbçilərinin fəal iştirakı, həmçinin  tranzit, maliyyə yardımı da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu o deməkdir ki, təşkilat münaqişə ocaqlarının söndürülməsində, mübahisələrin çözülməsində, bir sözlə, qlobal planda sülhsabitliyin təminatında Azərbaycanın potensialını yüksək qiymətləndirir.

Prezident İlham Əliyevin hələ 2004-cü ilin mayında Brüsselə səfəri zamanı NATO-nun Baş mənzil-qərargahında keçirdiyi müxtəlif səviyyəli görüşlər ikitərəfli münasibətlərin daha aktiv fazaya keçməsini təmin etmişdir. Səfər zamanı dövlət başçısının Azərbaycan adından "Fərdi əməkdaşlıq üzrə əməliyyat planı"nı NATO rəhbərliyinə təqdim etməsi böyük rezonans doğuran siyasi hadisə kimi dəyərləndirilmişdir. Buna adekvat olaraq NATO rəhbərliyinin də Azərbaycana diqqəti artırmaq, ölkəmizə hərbi-texniki yardımları genişləndirmək istəyi qabarıq sezilir. Azərbaycanın beynəlxalq əməkdaşlığında NATO-nun yerirolu getdikcə güclənir və bu, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafında da öz təsdiqini tapır. Bu əməkdaşlıq qlobal planda sülh və sabitliyə xidmət etməklə regionun nəhəng enerji layihələrinin təhlükəsiz gerçəkləşdirilməsinə əsaslı təminat yaratmışdır. Xəzərin enerji resurslarının dinc şəraitdə mənimsənilməsi, habelə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təhlükəsizliyinin təmin edilməsi baxımından Azərbaycan-NATO əməkdaşlığının mühüm əhəmiyyəti var. Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılması istiqamətində atılan addımlar sistemli xarakter daşımaqla bu gündavam etdirilir.

NATO özünün tərəfdaş ölkəsi kimi Azərbaycanın ərazi bütövlüyünün bərpasında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün maraqlıdır. Azərbaycanın ərazi bütövlüyü, suverenliyi məsələsi NATO-nun 2006, 2008-ci illərdə keçirilən zirvə toplantılarında bir daha ifadə olunmuşdur. Ölkəmizin ərazi bütövlüyü məsələsi NATO-nun 2009-cu ildə keçirilən zirvə sammitinin yekun bəyanatının 58-ci maddəsində də öz əksini tapmışdır. 2012-ci ildə NATO-nun zirvə görüşündə və qəbul edilmiş qətnamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü əsasında həll edilməsi məsələsi öz əksini tapmışdır. Beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrdə birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi dəstəklənmiş, münaqişənin məhz bu prinsiplər nəzərə alınmaqla həllinin vacibliyi vurğulanmışdır.

Dünyanın çox nüfuzlu hərbi-siyasi təşkilatı olan NATO ölkəmizin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir. Portuqaliyanın paytaxtı Lissabon şəhərində NATO-nun zirvə toplantısı və bu çərçivədə Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə töhfə verən dövlət və hökumət başçılarının iclasının nəticələri də Ermənistan üçün ağır olmuşdur. Təşkilatın yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyüsuverenliyi növbəti dəfə dəstəkləndi.

Bəyanatda ərazi bütövlüyü məsələsi ilə bağlı qeyd olunurdu ki, Şimal Alyansı Gürcüstan, Azərbaycan və Moldovanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliklərini bir daha tanıdığını vurğulayaraq, hər bir münaqişənin prinsipini nəzərə almaqla bu regional münaqişələrin sülh yolu ilə həlli istiqamətində səyləri dəstəkləyəcəyini bəyan edir. Bu bəyanatda Azərbaycanın da ərazi bütövlüyü tanındığı üçün Ermənistan, ümumiyyətlə, sənədin belə bir şəkildə tərtib edilməsini istəməyib. Lakin bəyanatın mətni əvvəlcədən üzv ölkələrlə razılaşdırılıb və Ermənistanın bu istəyi nəzərə alınmayıb. NATO-nun zirvə toplantısında qəbul olunan yekun bəyanatda  Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bir daha ifadə olunması haqq işimizin nüfuzlu beynəlxalq qurumlar tərəfindən müdafiə edildiyini növbəti dəfə sübuta yetirdi.

Bu günlərdə Uelsdə keçirilən NATO-nun sammiti də əlamətdar hadisələrlə yadda qaldı. Tədbirdə Alyansa üzv olan və İSAF proqramında iştirak edən tərəfdaş ölkələrdən, BMT və digər beynəlxalq təşkilatlardan nümayəndələr iştirak ediblər. Həmçinin BMT-ninAvropa İttifaqının ali nümayəndələri də sammitə qatılıblar. Sammitin gündəliyinə çıxarılan Ukrayna hadisələri, Əfqanıstanın gələcəyi, yeni təhdidlərə qarşı mübarizə, təhlükəsizliyin təmininə töhfə verən silahlı qüvvələrə dəstəyin artırılması, əməkdaşlığın möhkəmləndirilməsi, İraqSuriya böhranı ilə bağlı məsələlər müzakirə edilib. NATO-nun Uelsdə keçirilmiş sammitinin yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə dəstək ifadə olunub. Bəyannamənin 30-cu maddəsində deyilir ki, alyans tərəfdaşlıq etdiyi ölkələrin kənar təzyiqlərdən asılı olmadan müstəqil seçim, sərbəst xarici siyasət və müdafiə hüquqlarını dəstəkləməyə davam edəcək.

Zirvə toplantısında çıxışı zamanı Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunub və təşkilatın bu məsələ ilə bağlı tutduğu mövqeyi yüksək dəyərləndirib: "Münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü əsasında həll edilməlidir. Biz NATO-nun bu məsələ ilə bağlı mövqeyini və əvvəlki sammitlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verdiyi tam dəstəyi yüksək dəyərləndiririk. Biz qətiyyətlə inanırıq ki, NATO-nun beynəlxalq hüququn bu cür mühüm hissəsinə sadiqliyi bundan sonra da davam edəcək. Beləliklə, o, ədaləti bərpa etməyə və beynəlxalq səviyyədə tanınmış sərhədləri güc hesabına dəyişmək kimi səhv düşüncədən yayındırmağa birmənalı şəkildə yardım edir.

Azərbaycan Əfqanıstana uzunmüddətli inkişafın təmin edilməsi üçün hərtərəfli töhfə verir. Azərbaycan bu sammitin bütün üç sahəsinə töhfə verən NATO-nun 5 tərəfdaşından biridir".

Ölkə rəhbərliyinin böyük uzaqgörənliklə yürütdüyü xarici syasət strategiyası ölkəmizin beynəlxalq aləmdəki rolunu getdikcə möhkəmləndirməkdədir. Beynəlxalq arenada ölkəmizin ildən-ilə artan nüfuzu üzləşdiyimiz problemin milli maraqlarımıza uyğun qısa vaxt ərzində həll olunacağına əminlik yaradır.

 

Elnur HACALIYEV,

Azərbaycan.-2014.- 9 sentyabr.- S.1.