Azərbaycan Prezidenti İlham Əliyev Avropa
İttifaqının komissarı Ştefan
Fülenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev sentyabrın
9-da Avropa İttifaqının Genişlənmə və Avropa
Qonşuluq Siyasəti üzrə komissarı Ştefan
Fülenin başçılıq etdiyi nümayəndə heyətini
qəbul edib.
Görüşdə Azərbaycan
Respublikası ilə Avropa İttifaqı
arasında əməkdaşlığın inkişafından
məmnunluq ifadə olundu, “Şərq tərəfdaşlığı”
Proqramı çərçivəsində əməkdaşlığın
genişləndirilməsi, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həlli, ölkəmizlə Avropa
İttifaqının əlaqələrinin müxtəlif
sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə
inkişafı ilə bağlı məsələlər ətrafında
fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2014.- 10 sentyabr.- S.1.